Bildiyiniz kimi Sinay yarımadasındakı Müqəddəs Katerina monastırındakı əlyazmaların ikinci qatında Alban dilində leksionariya tapılmışdı. Jost Gippert, Wolfgang Schulze, Zaza Alexidze və Jean-Pierre Mahé bu haqda “The Caucasian Albanian Palimpsests of Mt. Sinai” kitabı yazmışdılar. Bu kitabın yayımlanmasından 12 il keçsə də təəssüf ki, Azərbaycan akademiyası elə də önəm verməyiblər. Mən bu yaxınlarda kitabın birinci cildini əldə etdim. Bu yazımda alban (qədim udi) əlifbasını, onun fonetik strukturunu və ölkəmizdə bu əlifba ilə yazıldığı görünən abidələri təqdim edəcəyəm. Mən bu dilə “Qədim Udi” deməyi üstün tutsam da sadəlik üçün “alban dili”, “alban əlifbası” və s. istifadə edəcəyəm.

Əlifba

Hərf Səs Transkripsiya
𐔰 [a] A
𐔱 [b] B
𐔲 [ɡ] G
𐔳 [d] D
𐔴 [e] E
𐔵 [z] Z
𐔶 [eː] Ē
𐔷 [ʒ] Ž
𐔸 [t] T
𐔹 [tɕʼ] Ć̣
𐔺 [j] Y
𐔻 [ʑ] Ź
𐔼 [i] I
𐔽 [ʕ] ʕ
𐔾 [l] L
𐔿 [nʲ] N’
𐕀 [x] X
𐕁 [dʲ] D’
𐕂 [tsˈ]
𐕃 [dʑ] ʒ́
𐕄 [kʼ]
𐕅 [lʲ] L’
𐕆 [h] H
𐕇 [q]
𐕈 [ɒ] Å
𐕉 [tɕ] Ć
𐕊 [tʃˈ] Č̣
𐕋 [tsˈ] C’
𐕌 [m] M
𐕍 [qˈ]
𐕎 [n] N
𐕏 [dzʲ] ʒˈ
𐕐 [ʃ] Š
𐕑 [dʒ] ǯ
𐕒 [o] O
𐕓 [tʲʼ] Ṭ’
𐕔 [f] F
𐕕 [dz] ʒ
𐕖 [tʃ] Č
𐕗 [pˈ]
𐕘 [ɣ] Ġ
𐕙 [r] R
𐕚 [s] S
𐕛 [v] V
𐕜 [tˈ]
𐕝 [ɕ] Ś
𐕞 [y] Ü
𐕟 [tsˈ] C̣’
𐕠 [ts] C
𐕡 [w] W
𐕢 [p] P
𐕣 [k] K

Mətnlər

Mingəçevir sütun başlığı - Urek Meniashvili
Mingəçevir sütun başlığının üzərindəki yazılar - Jost Gippert
Камилла Тревер - Очерки по истории и культуре кавказской Албании IV в. до н. э. — VII в. н. э. М.-Л., 1959.

1948-ci ildə arxeoloji qazıntılar zamanı Mingəçevirdə tapılmış 70×70 sm ölçüsündəki xaç daşı təəssüf ki, zamanla məhv olub. Jost Gippert 1959-cu ildə Kamilla Trever tərəfindən yayımlanmış fotoları da tutuşduraraq tam mətni rekonstruksiya edə bilib. Albanca oxunula bilən hissə bunlardır (qırmızı rəng – köhnə fotolarda oxunula bilən hərflər; mavi rəng – çətinliklə oxunula bilən hissələr; yaşıl rəng – oxunulmayan amma məntiqlə əlavə edilən hissələr):

  1. 𐕂𐔼𐔺𐔰𐕚𐕃𐔶𐔱𐔴𐕐𐔼𐔺𐕚𐔼𐕒𐔾𐕒𐕆𐔰𐔾𐔰𐕆𐔶𐕎𐔴𐔴𐔼
  2. 𐕆𐕈𐔾 𐔺𐔶 𐕒𐕡𐕚𐔴𐕎𐔰 𐕀𐕒𐕚𐕙𐕒𐕒𐕡𐔼
  3. …𐕚𐔴𐕙𐔱𐔰𐕒𐕡𐕎
  4. …𐕈𐕚 𐕖𐕒𐔽𐔼𐕎 𐔼𐕚𐕄𐔰𐕗𐕒𐕚𐔴𐕎 𐔱𐔼𐔺𐔰𐔺𐕎
Font görünmürsə şəkilə baxın
  1. c̣iyas ʒ́ē beši ysi olo hala hēne e i
  2. hål yē owsena xosroowi
  3. …serbaown…
  4. …ås čoʕin isḳaṗosen biyayn
  1. Ağamız İsanın adı ilə!
  2. Bu sütunun üzərindəki xaç
  3. Xosrovun 27-ci ilində
  4. …ilk…
  5. ..in… Çola yepiskopu hazırladı.

552-ci ildə avtokefallığı qazanan Alban kilsəsi buna I Xosrovun hakimiyyəti dövründə nail olmuşdu. I Xosrovun hakimiyyətinin 531-ci ildə başladığını nəzərə alsaq, demək olar ki, bu xaç daşı sütunu 558-ci ildə hazırlanıb. Tovuzquşu simvolu isə albanların İncil vasitəsilə xristianlaşmasına işarə edir.

Yoqun şamdanı

Mingəçevirdə tapılan yazılardan çoxu şamdanların üstündədir. Bunlardan birinin üzərindəki yazı daha uzundur. Jost Gippert onları belə oxuyub (sətirlər ərəb, şamdan üzləri rum rəqəmləri ilə işarələnmişdir):

 IIIIIIIV
1𐔵𐕡 𐔺𐕒   
2𐔲 𐔲𐕒   
3𐕣𐔰𐕙𐕀𐔶 𐕎𐔰𐔼𐔽𐕒𐕡𐔱𐔶𐔴𐕜
4   𐕒𐕡𐕇𐔱𐔴𐔾𐔴
5A   𐕘𐔰𐕆𐔰𐕄𐔴
5B𐕆𐕞𐕡𐕄𐔴𐕎 𐔰𐕄[𐕒𐕡]𐕇𐔱𐔼𐔺𐔰𐔺 

Şamdanın üzərindəki yazılar belə oxunur: 𐔵𐕡 𐔺𐕒𐔲 𐔲𐕒𐕣𐔰𐕙𐕀𐔶 𐕎𐔰𐔼𐔽𐕒𐕡 𐔱𐔶 𐔴𐕜𐕒𐕡𐕇 𐔱𐔴𐔾𐔴𐕘𐔰 𐕆𐔰𐕄 𐔴 𐕆𐕞𐕡𐕄𐔴𐕎 𐔰𐕄[𐕒𐕡]𐕇𐔱𐔼𐔺𐔰𐔺 (zw yog gokarxē naiˤowbēeṭowx beleġa-haḳe e hüwḳen aḳowx̣-biyay) – Mən Yoq, Tanrının günahkar qulu, bunu ürəyimin ləyaqətli təmsili kimi hazırladım.

Keramik parça - 1

Mingəçevirdən tapılan başqa bir yazı keramika parçasının üzərində var. 10.5×10 santimetr ölçülərə sahibdir. Jost Gippert bu mətni belə oxuyub:

1𐔵𐕒𐕡 𐕌[𐔰]zow m[a]
2𐔱𐕞𐕡𐕘𐔰büwġa
3𐕆𐕄𐔴-𐔵𐕒𐕡hḳe-zow
4[𐔱]𐔶 𐕆𐔴[𐔾].[b]ē he[l]

Rekonstruksiya edilmiş tərcüməsi belədir: “Mən Ma… söz vermişdim… Tanrıya ümidlə…”

Şamdan ayağı

16×4.5 santimetr ölçülərindəki bu şamdan ayağında mətn daha yaxşı oxunulur. Jost Gippert həmin yazını belə oxuyub:

1[𐕄]𐔼𐔺𐔴𐔱𐕒𐕡𐕍̇𐔰𐕎[𐔰][ḳ]iye bowq̇an[a]
2𐔺𐕒yo
3𐔵𐕒𐕡 𐕛𐔰 𐔱𐔰𐔾𐔰zow wa bala
4𐔱𐔼𐔺𐔰[𐔺]biyay

“Ḳi” sözü “var-dövlət” mənasına gəlsə də bu kontekstdə “Dəyərlim” olub. “Bowqana” burda sevməyi göstərir. Elə hazırda udi dilində də “Buq’esun” sevilmək, “Buq’sun” sevmək deməkdir. Yəni, təxmini tərcüməsi belədir – “Dəyərlim, sevgilim, bu şamdanı sənin üçün hazırladım”.

Əlifba sıralı şamdan ayağı

Bakı muzeyindəki bir başqa eksponatda alban əlifbası yazılıb. Əlifba sırası ilə yazılmış hərflərin nə məqsədlə belə qeyd edildiyi bilinmir. 16 hərfdən ibarət yazının mənası hələ çözülməyib. Mənim təxminimə görə mistik və ya dini mənası ola bilər.

Şamdan ayağı - 2

Buradakı mətn daha qısa, lakonik amma mənalıdır. Yazını “𐔵𐕒𐕡 𐕣𐔼𐕎 𐕢𐔴” (zow kin pe) olaraq oxuyan Jost Gippert onu “Bunu əllərimlə düzəltdim” kimi tərcümə edir. “Kin” müasir udi dilində “əl” kimi tərcümə edilir.

Keramik parça - 2

Bir başqa keramik parçada alban hərfləri ilə “𐕌𐔰𐕎𐔰𐕚” (Manas) yazıldığı aydın oxunur. Bunu hələ G.A.Klimov 1967-ci ildə belə oxumuşdu. Manas burada gümanki “Manase” adının bir formasıdır.