Qafqaz albanlarının dilində ismin halları
Bu dəfəki yazıda ismin hallarından bəhs edəcəyəm. Qafqaz albanlarının dili (bundan sonra asanlıq naminə - Alban dili) udi dilinə çox bənzər bir infleksiya sisteminə sahib olsa da, müəyyən fərqliliklər də var. Xüsusilə lokativ hallar dildə əsas yeri tutur (müqayisə üçün deyim ki, Azərbaycan dilində cəmi 3 lokativ hal var - yerlik, yönlük və çıxışlıq). Bəzi halların 3 forması var və buna görə də rum rəqəmləri ilə adlanacaqlar. Məsələn: III Dativ (Üçüncü dativ)