Ötən yazılarda ismin halları, bəzi əsas şəkilçilər, ismin əsas infleksiyaları , sifətlər və əvəzliklər haqqında yazmışdım. Bu yazıda isə say sistemindən, bağlayıcılardan və qoşmalardan bəhs edəcəyəm.
Alban yazısında digər Qafqaz əlifbalarındakı kimi Hind-Avropa rəqəmləri və Roma rəqəmləri olmayıb ədədlər leksik sistemlə ifadə edilirdi, yəni 1 yerinə sadəcə “bir” yazmaq kimi. Leksik say sistemindən başqa əlifbada hər bir hərfin ədədi dəyəri, Evsebi aparatının qalığı var idi (cədvəl aşağıda). Bu, hərfləri üst xəttlə birləşdirməklə göstərilirdi. Beləliklə, 𐕚𐔰 (sa) 1 deməkdirsə, 𐕚̅𐔰 (s̅a) ədədi dəyərdə 70001 deməkdir.
Leksik say sistemini isə gəlin udi dili ilə də müqayisə edək:
Hind-Ərəb | Alban | Udi | Hind-Ərəb | Alban | Udi |
1 | 𐕚𐔰 – sa | sa | 10 | 𐕛𐔼𐕂 – vic̣ | vis’ |
2 | 𐕗𐔽𐔰 / 𐕗𐕈 – ṗˁa / ṗå | p’ə̌ | 11 | *𐕚𐔰𐕂𐔰𐕙 – sac̣ar | sas’s’e |
3 | 𐕀𐔼𐔱 – xib | xib | 12 | 𐕗𐔰𐕂𐔰𐕙 – ṗac̣ar | p’as’s’e |
4 | 𐔱𐔼𐕗 – biṗ | bip’ | 20 | 𐕍𐕈/𐕍𐕒 – q̇å/q̇o | q’a / q’o |
5 | 𐕇𐕒 – x̣o | qo | 30 | *𐕚𐔰𐕍𐕈𐕛𐔼𐕂 – saq̇åvic̣ | saq’ovis’ |
6 | 𐕞𐕡𐕇 – üwx̣ | ǔq | 40 | 𐕗𐔽𐔰𐕍𐕈 – ṗˁaq̇å | p’ə̌q’o |
7 | 𐕛𐕞𐕡𐕘 – vüwġ | vǔğ | 50 | 𐕗𐔽𐔰𐕍𐕈𐕛𐔼𐕂 – ṗˁaq̇åvic̣ | p’ə̌q’ovis’ |
8 | 𐕌𐕞𐕡𐕘 – müwġ | muğ | 100 | 𐕇𐕒𐕍𐕈 – x̣oq̇å / 𐔱𐔰𐔹 – bać̣ | baç / bač’ |
9 | 𐕛𐕒𐕡𐔺 – vuy | vuy | 200 | 𐕛𐔼𐕂𐕍𐕒 – vic̣q̇o | p’ə̌baç |
Gördüyünüz kimi, alban say sistemi udi say sistemi tam eynilik təşkil edir. Fikir verdiyiniz kimi, biz Azərbaycan dilində onluq “decimal” sistem istifadə etdiyimiz halda, alban dilində həm onluq, həm də iyirmilik yəni “vigesimal” sistem istifadə edilirdi. Onluq sistemin istifadəsi isə sadəcə 20 ədədinə qədərdir. 20dən sonra iyirmilik sistem başlayır.Bundan əlavə, 10dan sonra istifadə olunan ədədlərə – isə 𐕛𐔼𐕂 vic̣, yəni 10 ədədindən götürülmüş c̣ hissəciyi və çoxluq bildirən –𐔰𐕙 “ar” şəkilçisi əlavə edilir. Yəni ki, 11 ədədi “on bir” kimi yox “bir on” kimi ifadə edilir. 20-dən yuxarı qalxdıqca isə iyirmilik say sistemindən istifadəyə məcburuq. Məsələn, 50 üçün 𐕗𐔽𐔰𐕍𐕈𐕛𐔼𐕂 ṗˁaq̇åvic̣, yəni “qırx on” istifadə edilir. 𐕗𐔽𐔰𐕍𐕈 ṗˁaq̇å, yəni qırx da öz növbəsində “iki iyirmi” deməkdir. Yəni 50 demək üçün “iki iyirmi on” deməliyik. 100 ədədi isə həm iyirmilik sistemdə yazıla bilər, həm də onun üçün ayrıca söz istifadə edə bilərik. 𐕇𐕒𐕍𐕈 x̣oq̇å, “beş iyirmi” yüz üçün iyirmilik say sistemi ifadəsidir amma ayrıca olaraq 𐔱𐔰𐔹 bać̣ sözü də istifadə edilə bilər. Bu söz udi dilində də qalıb.
Alban dilində sıra sayları natural ədədlərə -𐔰𐕙 -ar çoxluq şəkilçisi və onun da arxasına -𐕒𐕡𐕎 -un şəkilçisi əlavə etməklə düzəlir. Lakin 1 və 2 bu qanuna tam uymurlar. Məsələn:
𐕚𐔰 sa → 𐕚𐔴𐕙𐔱𐔰𐕒𐕡𐕎 serbaun (birinci)
𐕗𐔽𐔰 / 𐕗𐕈 – ṗˁa / ṗå → 𐕗𐕒𐕡𐕙𐔰𐕎𐕒𐕡𐕎 ṗuranun (ikinci)
Digər sıra sayları isə çox daha asanlıqla yaradılır:
𐕀𐔼𐔱 xib → 𐕀𐔼𐔱𐔰𐕙𐕒𐕡𐕎 xibarun (üçüncü)
𐕛𐕞𐕡𐕘 vüwġ → 𐕛𐕞𐕡𐕘𐔰𐕙𐕒𐕡𐕎 vüwġarun (yeddinci)
Alban dilində multiplikativlər çox sadədir. Ədəd + -𐕒𐕌 𐕖𐔰𐕙 -om čar (dəfə) formulu ilə qurulan multiplikativlər yenə istisnanı 1 və 2 ədədlərində göstərirlər:
𐕚𐔰 sa → 𐕚𐕒𐕌 𐕖𐔰𐕙 som čar (bir dəfə)
𐕗𐔽𐔰 / 𐕗𐕈 – ṗˁa / ṗå → 𐕗𐕈𐕌𐕒𐕡𐕎 ṗåmun (yenə, iki dəfə)
Digər multiplikativlər isə çox daha asanlıqla yaradılır:
𐕀𐔼𐔱 xib → 𐕀𐔼𐔱𐕒𐕌 𐕖𐔰𐕙 xibom čar (üç dəfə)
𐕇𐕒𐕍𐕈 x̣oq̇å → 𐕇𐕒𐕍𐕈𐕒𐕌 𐕖𐔰𐕙 x̣oq̇åom čar (yüz dəfə)
Alban dilində kəmiyyət bildirən sözlər tam olaraq sayını göstərməsə də əşyaların çoxluğu haqda məlumat verən sözlərdir. Bunlara aşağıdakı sözləri nümunə verə bilərik:
𐕠𐔴𐕀 cex ‘hamısı’
𐕣𐔰𐕎𐔰𐔺 kanay ‘bütün’
𐔾𐕒𐕡𐕝𐕒𐕡 lowśow ‘tam’
𐔴𐔿𐔴𐕘 en’eġ ‘digər’
𐕀𐕞𐕡 xüw ‘hissə’
𐔰𐕛𐔴𐔾 avel ‘çox’
𐕌𐔰𐔾 mal ‘az’
Qafqaz alban dili Şərqi Qafqaz dillərinin tipologiyasına tam uyğun olaraq qoşmalardan istifadə etməklə lokativ (yerlik) funksiyaları təyin edə bilir. Hələlik aşağıdakı qoşmalar məlumdur:
Qoşma | Udicə | Kökü | İşləndiyi hallar | Mənası |
𐔱𐕞𐕡𐔰 büwa | běš | büw ‘ön’ | Dativ | önündə |
𐔱𐕞𐕡𐕘𐔰 büwġa | bı̌ğ | büwġ ‘orta’ | Yiyəlik | ortasında, arasında |
𐕉𐔰𐕉𐔰𐕒𐕡𐕚 ćaćaus | ç̌obaç̌o | ća ‘üz’ | Dativ | üzünə doğru |
𐔴𐕝𐔰 eśa | oša | eś ‘son, axır’ | Yiyəlik | arxasında |
𐔲𐕈𐔴𐕎 gåen | – | go ‘borc’ | Yiyəlik | -dan/dən ötrü |
𐕆𐔰𐔾𐔰 hala | laxo | ha+la? | Superessiv I | üstündə |
𐕆𐔴𐕘𐔰𐔾𐔰 heġala | – | heġe ‘gəl’ | Komitativ | birlikdə |
𐔼𐔽𐔰 iˁa | ı̌ša | – | III Dativ | yanında |
𐔾𐔰𐕌𐔴𐕎 lamen | – | lam ‘şəkil’ + erqativ şəkilçi | Yiyəlik | kimi |
𐕒𐕡𐕍𐔰 uq̇a | oq’a | – | Subessiv | altında |
-𐕜𐕒𐕡𐕎𐕄𐔴 -ṭunḳe | – | – | Superessiv I | -adək/ədək |
Alban dilində də Azərbaycan dilindəki kimi tabelilik və tabesizlik bağlayıcıları var. Tabesizlik bağlayıcıları bunlardır:
𐔱𐕒𐕡𐔴𐔿𐔴 bowen’e ‘istər, istərsə də’, 𐔴𐕌𐕒𐕖𐔴𐕎 emočen ‘onda’, 𐔴𐕝𐔼𐕎 eśin ‘buna görə də’, 𐔴𐕓𐔰𐔲𐕈𐔴𐕎 eṭ’agåen ‘çünki’, 𐕚𐔰 sa ‘lakin, amma’, 𐕒𐕡𐕎 un ‘və’, 𐕞𐕡𐕇𐔰 üwx̣a ‘həm də’, 𐔺𐔰𐕎𐕄𐔴 yanḳe ‘beləliklə’
Tabelilik bağlayıcıları isə tabelilik şəkilçisi -𐕄𐔴 -ḳe ilə yaranır. Onlar bunlardır:
𐔰𐕎𐕄𐔴 anḳe ‘çünki, üçün’
𐔰𐕎𐔰𐕄𐔴 anaḳe ‘nə vaxt ki’
𐕆𐔰𐕌𐔰𐕜𐕒𐕡𐕎𐕄𐔴 hamaṭownḳe ‘-dək/dək’
𐕆𐔰𐕌𐕒𐕖𐕄𐔴 hamočḳe ‘nə vaxt ki’
𐕆𐔰𐕜𐔴𐕎𐕄𐔴 haṭenḳe ‘əgər’
𐕆𐔰𐕊𐔼𐕎𐕄𐔴 hač̣inḳe ‘necə ki’
Əslində biz bu bağlayıcı və qoşmaları analiz etsək görərik ki, onların əsasında əvəzliklər dayanır.
Bütün bunlardan əlavə alban dilində ədatlar da var. Onlar bunlardır: 𐔰𐕆𐔰 aha ‘baxın!’, 𐕒𐕡𐕆𐕒𐕡 uhu ‘sadəcə’, 𐕚𐕒𐕌𐔰 soma ‘hələ ki’, 𐕆𐔼𐕌𐔼 himi ‘bundan əlavə, həmçinin’, -𐔰𐔾 -al ‘həm də’ – fokus ədatı, 𐕌𐔴𐕂𐔼𐕍𐔰𐔺 mec̣iq̇ay ‘məgər’, -𐕄𐔰 -ḳa ‘dedi’
Bir nümunəyə baxaq:
𐕌𐔴𐕂𐔼𐕍𐔰𐔺 𐕠𐔴𐕀𐔰𐔾 𐕌𐔰𐕙𐕘𐔰𐕛𐔴𐕎𐕒𐕡𐕀 𐕎𐔰𐕆𐔰𐔾𐕈͞𐕙 𐕌𐔴𐕂𐔼𐕍𐔰𐔺 𐕠𐔴𐕀𐔰𐔾 𐕆𐔴𐔱𐔼𐔺𐔰𐔺𐕈͞𐕙 𐕎𐔰𐕆𐔰𐔾𐕈͞𐕙 𐕌𐔴𐕂𐔼𐕍𐔰𐔺 𐕠𐔴𐕀𐔰𐔾 𐕛𐔰𐕙𐕜𐔰𐕗𐔴𐕜𐕒𐕡𐕀 𐕎𐔰𐕆𐔰𐔾𐕈͞𐕙 𐕌𐔴𐕂𐔼𐕍𐔰𐔺 𐕠𐔴𐕀𐔰𐔾 𐕌𐔼l’𐔰𐕎𐕒𐕡𐕎𐕒𐕡𐕀 𐕎𐔰𐕆𐔰𐔾𐕈͞𐕙 𐕌𐔴𐕂𐔼𐕍𐔰𐔺 𐕠𐔴𐕀𐔰𐕙𐔰𐕎 𐕆𐕞𐕡𐕄𐔶𐔱𐔼𐔺𐔴𐕚𐕒𐕡𐕎 𐕌𐔰𐔳𐔼𐕅𐕒𐕡𐕀 𐔴𐕔𐔰𐕈͞𐕎𐔰𐕆𐔰𐔾 𐕌𐔴𐕂𐔼𐕍𐔰𐔺 𐕠𐔴𐕀𐔰𐕙𐔰𐕎 𐕌𐕒𐕡𐔵𐕙𐕒𐕎 𐔼𐕅𐕒𐕡𐕄𐔰𐕈͞𐕎𐔰𐕆𐔰𐔾 𐕌𐔴𐕂𐔼𐕍𐔰𐔺 𐕠𐔴𐕀𐔰𐕙𐔰𐕎𐔰𐔾 𐔸𐔰𐕙𐔲𐕒𐕡𐕌𐔰𐕎͞𐕎𐔱𐔰𐕈͞𐕎𐔰𐕆𐔰𐔾 | mec̣iq̇ay cexal marġavenux nahalå͞r mec̣iq̇ay cexal hebiyayå͞r nahalå͞r mec̣iq̇ay cexal varṭaṗeṭux nahalå͞r mec̣iq̇ay cexal mil’anunux nahalå͞r mec̣iq̇ay cexaran hüwḳēbiyesun madil’ux efaå͞nahal mec̣iq̇ay cexaran muzron il’uḳaå͞nahal mec̣iq̇ay cexaranal targuman͞nbaå͞nahal | Məgər hamı peyğəmbərdir? Məgər hamı həvaridir? Məgər hamı müəllimdir? Məgər hamı qüdrətli işlər görür? Məgər hamı şəfa verir? Məgər hamı müxtəlif dillərdə danışır? Məgər hamı tərcümə edir? |
İndi isə gəlin hər bir cümləni ayrı-ayrı analiz edək:
𐕌𐔴𐕂𐔼𐕍𐔰𐔺 𐕠𐔴𐕀𐔰𐔾 𐕌𐔰𐕙𐕘𐔰𐕛𐔴𐕎𐕒𐕡𐕀 𐕎𐔰𐕆𐔰𐔾𐕈͞𐕙 – mec̣iq̇ay cexal marġavenux nahalå͞r :
mec̣iq̇ay = məgər
cexal = burada cex (hamı) sözü -al fokus ədatı qəbul edərək sözə leksik vurğu qatır.
marġavenux = marġaven (peyğəmbər) sözünə -ux cəm şəkilçisi artırmaqla yaradılıb
nahalå͞r = n- inkar önşəkilçisi, ah (olmaq) sözü, -al sözdüzəldici şəkilçisi (ədatla qarışdırmamalı) və -å͞r üçüncü şəxsin cəm şəkilçisi ilə yaradılıb. Hərfi mənada “olmayanlar” kimi tərcümə edilə bilər. Lakin bu kontekstdə şübhə, sorğulama mənası verir. Hardasa rus dilindəki “не ужели” ifadəsindəki şübhə hissini verir. Yəni, yuxarıdakı cümləni hərfi tərcümə etsək: “Guya hamı peyğəmbərdir?” kimi bir nəticə alınır. Eyni analizi növbəti 3 cümləyə də tətbiq edə bilərik.
𐕌𐔴𐕂𐔼𐕍𐔰𐔺 𐕠𐔴𐕀𐔰𐕙𐔰𐕎 𐕆𐕞𐕡𐕄𐔶𐔱𐔼𐔺𐔴𐕚𐕒𐕡𐕎 𐕌𐔰𐔳𐔼𐕅𐕒𐕡𐕀 𐔴𐕔𐔰𐕈͞𐕎𐔰𐕆𐔰𐔾 – mec̣iq̇ay cexaran hüwḳēbiyesun madil’ux efaå͞nahal:
mec̣iq̇ay = məgər
cexaran = burada cex (hamı) sözü -ar ədədlər üçün istifadə edilən cəm şəkilçisinə və sonda erqativ şəkilçidən düzəldilib.
hüwḳēbiyesun = mürəkkəb sözdür. Sözün birinci kökü hüwḳ ürək, könül mənalarını verir. hüwḳē sözü isə bu kökdən yaradılmışdır və “sağlam” mənasını bildirir. biyes feli “etmək” mənasına gəlib, sonda -un yiyəlik şəkilçisini qəbul edib. Yəni ki, hərfi mənada “sağlam etmək, sağaltmaq” kimi tərcümə edilir.
madil’ux = madil’ (rəhm) sözü və -ux cəm şəkilçisi ilə yaradılmış sözdür. Hərfi mənada “mərhəmət, şəfqət” mənasını verir.
efaå͞nahal = efa (sahib olmaq), -å͞n üçüncü şəxsin cəminin erqativ şəkilçisi, ah (olmaq) sözü və nəhayət -al ədatı ilə düzəldilib. Lakin, biz burada inkar şəkilçisini görmədik. Belə fərz etmək olar ki, o -å͞n şəkilçisi artıq n hərfi ilə bitdiyi üçün qısaldılıb və bu şəkilçiyə qatılıb. Deməli, hərfi olaraq belə tərcümə edə bilərik – “sahib olmayanlar”. Yenə də burada inkar şəkilçisi cümləyə şübhə, qərəz mənası qatdığı üçün onu hərfi tərcümə etmək yersiz olardı. Yəni yuxarıdakı cümləni hərfi tərcümə etsək belə olur: “Guya hamı şəfqət sahibidir?”
Bu analizi digər cümlələrə də tətbiq etmək olar.
Nəhayət bağlayıcılar, ədatlar, qoşmalar və say sistemini də bitirdik. Növbəti yazı dilin əsas hissəsi olan fellər barədə olacaq.