Uzun müddətdir ki, Sinay Palimpsestlərini araşdırıram, istər Gündəlik Qafqaz Albancası, istərsə də @CaucasiaAlbania səhifələrində 1-2 söz paylaşıram. Amma düşünürəm ki, daha dolğun qrammatikaya keçid üçün vaxtdır. Dil haqqında, Palimpsestlər haqda çox da məlumat verməyəcəm. Hazırladığım Vikipediya məqalələrinə baxa bilərsiniz.

Fonetika

Alban dilindəki fonetik sistem haqqındakı əsas məlumatımızı Matenadaran MS 7117 əlyazmasına borcluyuq. Belə ki, bu əlyazmada alban hərflərinin səslənişi maksimum çalışılıb ki, erməni dilindəki hərflərlə ifadə edilsin. Məsələn, aşağıdakı cədvələ baxaq:

Hərf

Ermənicə adı

YazılışıOxunuşu
Ալթ։Alt’ (A)
Թաս։T’as (T)

Əlifbanın digər hissələri də məhz bu sistemə uyğun rekonstruksiya edilib və uğurlu da alınıb. Əlifbanın tam siyahısına aşağıdakı cədvəldən baxa bilərsiniz:

Hərf / LetterSəs / PronunciationTranskripsiya / Transcription
𐔰[a]A
𐔱[b]B
𐔲[g]G
𐔳[d]D
𐔴[e]E
𐔵[z]Z
𐔶[eː]Ē
𐔷[ʒ]Ž
𐔸[t]T
𐔹[tɕʼ]Ć̣
𐔺[j]Y
𐔻[ʑ]Ź
𐔼[i]I
𐔽[ʕ]ˁ
𐔾[l]L
𐔿[nʲ]N’
𐕀[x]X
𐕁[dʲ]D’
𐕂[tsˈ]
𐕃[dʑ]ʒ́
𐕄[kʼ]
𐕅[lʲ]L’
𐕆[h]H
𐕇[q]
𐕈[ɒ]Å
𐕉[tɕ]Ć
𐕊[tʃˈ]Č̣
𐕋[tsˈ]C’
𐕌[m]M
𐕍[qˈ]
𐕎[n]N
𐕏[dzʲ]ʒ’
𐕐[ʃ]Š
𐕑[dʒ]ǯ
𐕒[o]O
𐕓[tʲʼ]Ṭ’
𐕔[f]F
𐕕[dz]ʒ
𐕖[tʃ]Č
𐕗[pˈ]
𐕘[ɣ]Ġ
𐕙[r]R
𐕚[s]S
𐕛[v]V
𐕜[tˈ]
𐕝[ɕ]Ś
𐕞[y]Ü
𐕟[tsˈ]C̣’
𐕠[ts]C
𐕡[w]W
𐕢[p]P
𐕣[k]K

Alban dilinin fonemlər sistemi haqqında aşağıdakı cədvəllərə baxa bilərsiniz:

 PartlayanSürtünənAffrikatAproksimantBurunTrill
KarCingiltiliAbruptivKarCingiltiliKarCingiltiliAbruptiv
Qoşadodaqpbp’      m 
Dodaq-diş   fv      
Diş sərttdt’sztsdzts’lnr
Diş yumşaq tʲ’   dzʲ  
Dişarxası   ʃʒtʃ’   
Diş-damaq   ɕʑtɕ’   
Damaq        j  
Damaqarxasıkgk’xɣ      
Labial damaqarxası        w  
Dilçəkq q’χ       
Boğaz    ʕ      
Udlaq   h       
 ÖnArxa
DodaqlanmayanDodaqlananDodaqlanan
Qapalıiyu
Ortae o
Açıqa ɒ

Alban dilinin fonetik sistemi Azərbaycan dilinə uyğun gəlmədiyindən məqalənin bəzi hissələrini başa düşmək sizə çətin gələ bilər. Əgər sizin ana diliniz Qafqaz dil qrupundandırsa, sizə daha asan olacaq. Eləcə də transkripsiya sistemi BFƏ (IPA – Beynəlxalq Fonetik Əlifba) üzərinə qurulduğuna görə müəyyən simvolları anlamaqda çətinlik çəkə bilərsiniz. Amma bəzi səslərin qarşılığı Azərbaycan dilində var deyə asanlıq naminə nümunə göstərmək olar.

Məsələn, 𐔷 hərfi [ʒ] səsini verir və BFƏ sistemində ž kimi yazılır amma bizim dildə j səsinə uyğun gəlir. Yaxud [ʃ] səsini verən və š kimi transkripsiya edilən 𐕐 hərfini asanlıqla Azərbaycan dilindəki ş hərfi ilə izah etmək olar. Eyni üsulla 𐕘 (ġ) [ɣ], 𐕖 (č) [tʃ] bizim ğç səslərinə uyğun olsa da, bənzərlik elə burda da bitir. Buna görə də, təəssüf ki, bütün səsləri Azərbaycandilli sistemə çevirə bilməyəcəyik. Bundan əlavə alban dilində qoşulduğu samitləri “udlaqlaşdıran” 𐔽 hərfi də var ki, BFƏ sistemində ˁ ilə göstərilir. Hazırda udi dilində qalmasa da, avar və saxur dilində bu funksiyanı görən гӏ hərfi qalıb. Bir şeyi də nəzərinizə çatdırım ki, qədim albanlarda u səsini bildirən hərf olmadığı üçün qədim yunanların omikron və ipsilonu birləşdirdiyi kimi, yəni ow hərflərini birləşdirərək bu səsi ifadə ediblər. Bu, digər Qafqaz əlifbalarında da belədir. Müqayisə edin:

Yunanca

Ermənicə

Gürcücə

Albanca

Azərbaycan

Λουκᾶς (Loukâs)

Ղուկաս (Łowkas)

ႪႳჃႩႠ (Lovk’a)

𐔾𐕒𐕡𐕄𐔰𐕚 (Lowḳas)

Luka

İsimlər

Alban dilində isimlər sadə, düzəldilmiş və ya mürəkkəb ola bilər. Sadə isimlərə aşağıdakı ifadələri nümunə göstərmək olar:

Alban hərfləri ilə yazılışı

Transkripsiyası

Tələffüz

Mənası

𐕘𐔰𐕙

ġar

ɣar 

oğul, uşaq

𐔳𐔴

de

de

ata

𐕎𐔴

ne

ne

ana

𐕐𐔰

ša

ʃa

qız

𐔱𐔽𐔴𐕘

bˁeġ

bˁeɣ

günəş

𐔱𐕒𐕡𐔵𐔴

buze

buze

ay

𐔱𐕒𐕡𐔾

bul

bul

baş

𐕣𐕒𐕡𐔾

kul

kul

əl

𐔼𐕅

il’

ilʲ

söz


Sözlərin əksər hissəsi isə sözdüzəldici şəkilçilər ilə yeni məna qazanır. Ən çox istifadə edilən şəkilçilər aşağıdakılardır:

-𐔰𐔾 (-al)

Əsas isim düzəldici şəkilçidir. Fellərə, isimlərə və ya sifətlərə qoşularaq yeni isimlər yaradır. Aşağıdakı nümunələrə baxa bilərik:
𐔰𐕄𐔴 (aḳe, gör) + ‎-𐔰𐔾 (-al) → ‎𐔰𐕄𐔰𐔾 (aḳal, görən, şahid)
𐔱𐔰 (ba, et) + ‎-𐔰𐔾 (-al)‎𐔱𐔰𐔰𐔾 (baal, edən, düzəldən)
𐕒𐕡𐕄 (uḳ, de) + ‎-𐔰𐔾 (-al) → ‎𐕒𐕡𐕄𐔰𐔾 (uḳal, deyən, natiq)

-𐕎𐕒𐕡𐔸 (-nut)

Əsasən yoxluq, əksiklik bildirən sözlər yaradan şəkilçidir. Bu şəkilçi sözlərin sonuna qoşula bildiyi kimi, önşəkilçi formasında, yəni sözlərin əvvəlinə də qoşula bilər. Bəzi nümunələrə baxaq:
𐔸𐕒𐔲 (tog, qiymət) + ‎-𐕎𐕒𐕡𐔸 (-nut) → ‎𐔸𐕒𐔲𐕎𐕒𐕡𐔸 (tognut, ucuz, qiymərsiz)‎
𐕄𐔼 (ḳi, var-dövlət) + ‎-𐕎𐕒𐕡𐔸 (-nut) → ‎𐕄𐔼𐕎𐕒𐕡𐔸 (ḳinut, kasıb)
𐕒𐕜𐔰𐕎 (oṭan, qanun) + ‎-𐕎𐕒𐕡𐔸 (-nut) → ‎𐕒𐕜𐔰𐕎𐕎𐕒𐕡𐔸 (oṭannut, qanunsuz)
𐕎𐕒𐕡𐔸- (nut-) + ‎𐔱𐔼𐕂𐔰𐔺 (bic̣ay, korrupsiya) → ‎𐕎𐕒𐕡𐔸𐔱𐔼𐕂𐔰𐔺 (nutbic̣ay, təmiz, düzgün)

-𐔿𐔰 (-n'a)

Əlaqəlilik bildirən şəkilçidir, qoşulduğu sözdən yeni amma əlaqəli söz törədərək bir çox mənanı ifadə etmək üçün istifadə edilir. Buna görə də heç vaxt tək istifadə olunmur, hərdən özü ilə bəzi sözdüzəldici şəkilçilər də gətirir. Bəzi nümunələrə baxaq:
𐔳𐔼𐕗 (diṗ, kitab) + ‎-𐔿𐔰 (-n’a) → ‎𐔳𐔼𐕗𐔿𐔰 (diṗn’a, kitabla əlaqəli)‎
𐔲𐔴𐔾 (gel, günah) + ‎-𐔿𐔰 (-n’a) → ‎𐔲𐔴𐔾𐔿𐔰 (geln’a, günahla əlaqəli, günahkar)

-𐕀𐕒𐕡𐔿 (-xun')

Toponimlər yaradan şəkilçidir. Sözlərə qoşularaq əlaqəli yer adları yaradır. Bəzi nümunələrə baxaq:
𐔱𐔽𐔰𐕇 (bˁax̣, hökm) + ‎-𐕀𐕒𐕡𐔿 (-xun’) → ‎𐔱𐔽𐔰𐕇𐔴𐕀𐕒𐕡𐔿 (bˁax̣exun’, məhkəmə, hökm yeri)
𐔳𐔰𐔼 (dai, yaşıl) + ‎-𐕀𐕒𐕡𐔿 (-xun’) → 𐔳𐔰𐔼𐕀𐕒𐕡𐔿 (daixun’, “yaşıllıq, qamışlıq)
𐔼𐕘 (, susuz) + ‎-𐕀𐕒𐕡𐔿 (-xun’) → 𐔼𐕘𐔰𐕀𐕒𐕡𐔿 (iġaxun’, “çöllük, susuz qalmış yer)

-𐕒𐕡𐕎 (-un)

Alban dilində demək olar ki, ən çox istifadə edilən şəkilçidir. Əvəzliklərdən, zərflərdən, feli-sifətlərdən və s. isim düzəldə bilir. Azərbaycan dilində (-lıq, -lik, -luq, -lük) şəkilçilərinin qismən qarşılığı ola bilər. Nümunələrlə daha yaxşı anlayacaqsınız:
𐕣𐔴𐕔𐔴 (kefe, pis) + ‎-𐕒𐕡𐕎 (-un) → ‎𐕣𐔴𐕔𐔴𐕒𐕡𐕎 (kefeun, pislik)‎
𐔱𐕈𐔿𐔼 (bån’i, böyük) + ‎-𐕒𐕡𐕎 (-un) → ‎𐔱𐕈𐔿𐔼𐕒𐕡𐕎 (bån’iun, böyüklük, möhtəşəmlik)‎
𐔰𐕌𐔴𐕂 (amec̣, heyran) + ‎-𐕒𐕡𐕎 (-un) → ‎𐔰𐕌𐔴𐕂𐕒𐕡𐕎 (amec̣un, heyranedici)
𐕚𐔰 (sa, bir) + ‎-𐕒𐕡𐕎 (-un) →
𐕚𐕒𐕡𐕎 (sun, təklik, yalqızlıq)
𐕎𐔰𐔼𐔽𐕒𐕡 (naiˁu, qul) + ‎-𐕒𐕡𐕎 (-un) → 𐕎𐔰𐔼𐔽𐕒𐕡𐕒𐕡𐕎 (naiˁuun, qulluq)

Lakin isimlər təkcə şəkilçilərlə deyil, həm də başqa isimlərlə birləşib yeni sözlər yarada bilərlər. Məsələn, yuxarıdakı iki nümunə sözdən istifadə edərək yeni söz yaradaq:
𐔳𐔼𐕗𐔿𐔰 (diṗn’a, kitabla əlaqəli)‎‎𐔱𐔰𐔰𐔾 (baal, edən, düzəldən) → 𐕁𐔼𐕗𐔿𐔰𐔱𐔰𐔰𐔾 (d’iṗn’abaal, kitabla iş görən, katib)

Aşağıda alban dilində isimlərin yaranmasının 5 üsulu ilə tanış ola bilərsiniz:

FormalarNümunələrKomponentlərMənası
İsim+İsim𐔼𐕐𐔴𐔱𐕒𐕡𐕙𐔱𐕒𐕡𐕍𐔰𐕒𐕡𐕎 (išeburbuq̇aun)
𐔼𐕐𐔴𐔱𐕒𐕡𐕙 (išebur, qardaşlar) +‎ 𐔱𐕒𐕡𐕍𐔰𐕒𐕡𐕎 (buq̇aun, sevgi)Qardaş sevgisi
Sifət+İsim𐔱𐕈𐕘𐔰𐔾𐔰𐕆𐕞𐕡𐕄 (båġalahüwḳ)𐔱𐕈𐕘𐔰𐔾𐔰 (båġala, dərin) +‎ 𐕆𐕞𐕡𐕄 (hüwḳ, ürək)Müdrik (hərfi mənada: dərin ürəkli)
İsim+Sifət𐔼𐕅𐕒𐕡𐕄𐕒𐕙 (il’uor)𐔼𐕅𐕒𐕡 (il’u, “söz”) + 𐕄𐕒𐕙 (or, “geri qayıdan”)Cavab (hərfi mənada: geri qayıdan söz)
Feli komponentlər𐕁𐔼𐕗𐔿𐔰𐔱𐔰𐔰𐔾 (d’iṗn’abaal, kitabla iş görən, katib)𐔳𐔼𐕗𐔿𐔰 (diṗn’a, kitabla əlaqəli)‎ +  ‎𐔱𐔰𐔰𐔾 (baal, edən, düzəldən)Katib, kitab yazan (hərfi mənada: kitabla məşğul olan)
Ədəd+İsim𐕚𐔰𐕆𐕞𐕡𐕄 (sahüwḳ)𐕚𐔰 (sa, bir) +‎ 𐕆𐕞𐕡𐕄 (hüwḳ, ürək)Zərərsiz, qorxaq (hərfi mənada: bir ürəkli)

Yuxarıdan gördüyünüz kimi, bəzi sözlər hərfi mənada anlaqlı nəsə kəsb etməsə də, kontekstə görə mənası məlum olur. Sinay Palimpsestlərinin İncildən tərcüməsi olduğunu bildiyimiz üçün, bu sözlərin ermənicə, yunanca, gürcücə və s. qarşılıqlarına görə mənalarını təyin edirik. Həqiqətən də, bəzi albanca sözlər erməni sözləri ilə oxşar morfoloji struktura malikdirlər. Məsələn, yuxarıdakı 𐕚𐔰𐕆𐕞𐕡𐕄 (sahüwḳ) sözü morfoloji cəhətdən ermənicə միամիտ (miamit) sözünə çox bənzəyir. Belə ki, ikisi də “bir” mənasına gələn “sa/mia” və “könül” mənasına gələn “hüwḳ/mit” hissəciklərindən yaranıb.

Ümid edirəm maraqlı məqalə alındı. Əgər bu dil sizə maraqlıdırsa, və ya hərhansı bir rəyiniz varsa, mütləq mənə ötürün. Yetəri maraq olarsa davam etdirəcəyəm. Növbəti məqalə ismin halları haqqında olacaq.