1701-1728-ci illərdə katolikosluq etmiş Yesai Həsən-Cəlalyanın Erməni kilsəsindən qopmaq cəhdləri ilə bağlı Erməni kilsəsi arxivində olan, Şah Sultan Hüseynə ünvanlanmış ərizəyə baxaq. Ərizəni oxuyanda görürük ki, Yesai Eçmiədzin (Üçkilsə) kilsəsinin əlindən Şəki və Şirvandakı qriqorian erməni, udin, tat əhalisinin mənsub olduğu Şirvan yeparxiyasını almaq istəyirmiş. Bunun iki səbəbi vardı – həm kilsənin mənsubları ona vergi verəcəkdilər, həm də gələcəkdə onların üzərində Həsən-Cəlalyanların siyasi üstünlüyünü təmin edəcəkdi.
Şəki və Şirvan ərazilərindəki ermənilərin kəndxuda və keşişlərinin imzası ilə onlardan ibarət Ağvan xəlifəsinə bağlılıq ilə bağlı rəsmi müraciəti
- Qəbələ mahalının Nic kəndi kəndxudası Sargis
- Kəndxuda Avanes
- Başa düşdüm, Allahqulu.
- Başa düşdüm və etiraf edirəm, keşiş Poğos
- Bum kəndinin kəndxudası Bayram
- Həmçinin kəndxuda Nəsib
- Həmçinin kəndxuda Minas
- Nuxa kəndi kəndxudası Qriqori
- Başa düşürəm və etiraf edirəm, Şəkili kəndxuda Yavri Qəb(ə)l(y)i
- Qəbələ mahalı Çaylı kəndinin kəndxudası Baba (İSANIN XİDMƏTKARI)
- Yaqublu kəndinin kəndxudası keşiş Simeon (TANRININ XİDMƏTKARI)
- Dərəkənd (Dərəkərkənc?) kəndxudası Çanı (ÇANI)
- Babik kəndxudası Yadigar (TANRININ XİDMƏTKARI YADGAR)
- Qəbələ mahalı Zərrab kəndi kəndxudası Qriqor (QRİQOR, MƏSİHİN XİDMƏTKARI)
- Babik keşişi Serapion
- Yaqublu keşişi Nerses Bəynəzər
- Çaykəndi keşişləri İsaya və Çatur, həmçinin dərzi Əmir
- Xoşkaşen (indiki Qarabulaq, Oğuz) kəndxudası Harutyun
- Həmçinin kəndxuda Davud
- Bozavənd kəndxudası Andreas
- Həmçinin kəndxuda Ağabəy
- Ulmar kəndxudası Sargis
- Həmçinin kəndxuda Ağaxan
- Daşbulaq kəndxudası Yeğiazar (MƏSİHİN XİDMƏTÇİSİ YEĞİAZAR)
- Həmçinin Manvel keşiş
- Girdədul kəndxudası Şahnəzər
- Simeon kəndxuda
- Ohan keşiş də
- Qarabəy həmçinin
- Vəng kəndxudası Məlikşah
- Həmçinin kəndxuda Camal
- Və keşiş İsaya
- Kəndxuda Yaxşı bəy
- Həmçinin kəndxuda Avanes
- Keşiş Bağdasar həmçinin
- Kəndxuda Avanes
- Kilvar kəndxudası Bəynəzər
- Həmçinin kəndxuda Yeqan
- Quyxanı (Gövxanı?) kəndxudası Ohan
- Tosik kəndi kəndxudası Vardan (TANRININ QULU, VARDAN)
- Həmçinin kəndxuda Sargis (SARGİS)
- Kəndxuda Yavri
- Kəndxuda Sərdar həmçinin
- Ağçabara kəndxudası Zöhrab
- Kəndxuda İsaxan
- Yengicə kəndi kəndxudası Şamxal
- Padar kəndxudası Vardan
- Həmçinin kəndxuda Baba
- Vardanlı kəndxudası Sargis
- Kəndxuda Qazar
- Zərrab kəndxudası Bəylər, həmçinin Bayandur və Aydın
- Şəki mahalının Qozlu kəndinin kəndxudası Bəynəzər
- Məclis kəndinin keşişi Melikset
- Həmçinin kəndxuda Məlcan
- Kəndxuda Qulu həmçinin
- Salıbəy kəndinin kəndxudası keşiş Qriqor
- Kəndxuda Aydın
- Kəndxuda İsa
- Aydınbulaq kəndxudası…
- Həmçinin keşiş Melikset
- Həmçinin kəndxuda Qiyas
- Narlıcalı Məlik Ohan
- Kiş kəndinin kəndxudası Voskan
- Kəndxuda Ağası həmçinin
- Şurlu kəndxudası Nerses
- Həmçinin kəndxuda Simeon
- Həmçinin keşiş Tsatur
- Hətəmkənd keşişi Ohan
- Kəndxuda keşiş Avanes
- Güllüdağ kəndxudası Arzan
- Kəndxuda İsa
- Həmçinin kəndxuda keşiş Sargis
- Keşiş Martiros
- Çarxan kəndxudası Mkrtç
- Kəndxuda Avanes
- Keşiş kəndxuda Martiros
- Küngüt kəndxudası Allahverdi
- Həmçinin kəndxuda Markar
- Kəndxuda Badaran
- Kəndxuda Poğos həmçinin
- Vartaşen kəndxduası Uluxan
- Kəndxuda Yaqub (MƏSİHİN QULU AKOP)
- Kəndxuda Xanverdi
- Calut kəndxudası Qulu
- Həmçinin kəndxuda Allahverdi
- Həmçinin keşiş Əsəd
- Kəndxuda Avanes həmçinin
- Malx kəndxudası Allahverdi
- Keşiş Nəzər həmçinin
- Göybulaq kəndxudası Baba
- Kəndxuda Rüstəm
- Keşiş Melikset həmçinin
- Manc kəndxudası Stefan
- Kəndxuda Hovhannes
- Kəndxuda Petros
- Kəndxuda Matteos
- Xocavərd mahalı kəndxudaları
- Kəndxuda Mənuçöhr (MƏNÜÇÖHR – TANRININ QULU)
- Həmçinin kəndxuda Baba
- Həmçinin keşiş kəndxuda Movses
- Havarı kəndxudası keşiş Qriqor
- Kəndxuda keşiş Lazar
- Kəndxuda Tahirxan
- Kəndxuda Ağacan
- Həmçinin kəndxuda Lazar
- Kəndxuda Petros
- Keşiş Sahak (Farsca – “Mahal riayət” yazılıb, mənasını bilmirəm)
- Keşxurt kəndxudası Turşin
- Həmçinin kəndxuda Melkum
- Kəndxuda keşiş Simeon
- Pətəkli kəndxudası Melkum
- Keşiş-kəndxuda Avanes
- Keşiş-kəndxuda Davud
- Şəkili keşiş Yadigar
- Kəndxuda Gülkəsər
- Həzrə keşişi Sargis
- Həmçinin kəndxuda Balasan
- Yengicə kəndxudası Şahverdi
- Qutqaşen kəndxudası Yesaya
- Tuğ kəndxudası Baba (MƏSİHİN QULU BABA)
- Yeğiya Vardapet (İSA MƏSİHİN QULU İLİYA)
- Dizaq mahalı Məlik(i) Yeqan (MƏLİK YEQAN)
- Hadrut kovxası Adıbəy (ADI BƏY)
- Saqiyan kəndindən Vardapet İsrail (İSA MƏSİHİN QULU VARDAPET İSRAİL)
- Şəkili Tuman Vardapet (TUMAN, İSA MƏSİHİN QULU)
- Şəki yepiskopu, tanrının qulu David (İSA MƏSİHİN QULU DAVİD VARDAPET ŞƏKİLİ)
- Şəki keşişi Tovma (TOVMA VARDAPET)
- Talış mahalı Məlik(i) Tamraz (İSANIN QULU MƏLİK TAMRAZ)
- Meysəri monastırının vardapeti Martiros (İSA MƏSİHİN QULU MARTİROS VARDAPET)
- Keşiş Qriqor (MƏSİHİN QULU QRİQOR)
- Qəbələ, Həsən və digər Şirvan mahallarının keşişi vardapet Tsatur
- Vərəndə məliyi Məlik Bağır (MƏLİK BAĞIR)
- Keşiş Movses (İSANIN QULU MOVSES)
- Qarabəy keşişi Nerses (İSANIN QULU NERSES)
- Çiləbörd mahalı Məlik(i) Məjnun (MƏLİK MƏJLUM)
- Yazılmış mətnin tərtibi ən aşağı bəndə olan kəndxudaya məxsusdur/və ya ondan bəhs edir (ALLAHDAN BAŞQA İLAH YOXDUR VƏ MƏHƏMMƏD ONUN QULUDUR)
- Ən aşağı bəndə Məhəmmədsəid mətnin həqiqiliyini təsdiqlədi (İTAƏTKAR BƏNDƏ MƏHƏMMƏDSƏİD)
- Ən aşağı bəndə Molla Fəthəli mətnin həqiqiliyini təsdiqlədi (FƏTHƏLİ)
- Ən aşağı bəndə Nuri mətnin həqiqiliyini təsdiqlədi (ALLAHIN QULU NURİ 1130)
- Ən aşağı bəndə Şamaxı kəndxudası Məhəmməd Şərif mətnin həqiqiliyini təsdiqlədi (ALLAHIN QULU MƏHƏMMƏD ŞƏRİF 1124)
- Ən aşağı bəndə Mir Mustafa mətnin həqiqiliyini təsdiqlədi. (SEYİD MUSTAFANIN AİLƏSİNƏ SALAM OLSUN 1115)
- Ən aşağı bəndə Şamaxılı Məşədi Qədir mətnin həqiqiliyini və gerçəkliyə qarşı olmadığını təsdiqlədi.
- Buna şahiddir Məhəmməd Əli (ALLAHIN QULU MƏHƏMMƏD)
- Ən aşağı bəndə Qəbələli Seyyid Əhməd mətnin həqiqiliyini təsdiqlədi.
- Ən aşağı bəndə Molla Yusif mətnin həqiqiliyini və gerçəkliyə qarşı olmadığını təsdiqlədi. (ALLAHIN QULU MƏHƏMMƏD YUSİF)
- Ən aşağı bəndə Həşim xan mətnin həqiqiliyini təsdiqlədi.
- Məlik Esayinin bəndələrinin ən acizi Xələf mətnin həqiqiliyini və gerçəkliyə qarşı olmadığını təsdiqlədi.
- Hayet və Xoraverd mahalları məliki Hacının bəndələrinin ən acizi Həsən Şafi Hacı Məhəmməd mətnin həqiqiliyini təsdiqlədi.
- Ən aşağı bəndə Qutqaşınlı Əbdülkərim mətnin həqiqiliyini və gerçəkliyə qarşı olmadığını təsdiqlədi. (MƏHƏMMƏD KƏRİM)
- Qəbələnin bütün erməni kədxudaları və rəiyyəti İsa xəlifə ilə bağlı məmnunluqlarını dilə gətirdilər və Qəbələ məliki Məhəmməd Şakirin hüzurunda ondan razı olduqlarını və Üçkilsənin rəhbərləyini qəbul etmədiklərini ifadə etdilər. (ALLAHDAN BAŞQA MÜLK SAHİBİ VƏ BÖYÜK YOXDUR, QUL MƏHƏMMƏD ŞAKİR 1120)
- Habet və Xoravərd mülkünün ən aciz qulu Hacı mətnin həqiqiliyini və gerçəkliyə qarşı olmadığını təsdiqlədi.
- Ən aşağı bəndə Talib mətndə yazılan qəbul edilmənin həqiqiliyini və gerçəkliklə zidd olmadığını təsdiqlədi.
- Ən aşağı bəndə Mirzə Məlik Məhəmməd Qarabaği mətndə yazılan qəbul edilmənin həqiqiliyini və gerçəkliklə zidd olmadığını təsdiqlədi. (MİRZƏ MƏHƏMMƏD)
- Doğrudur və gerçəkliklə zidd deyil (1061)
- Məsələ bir neçə hissəyə bölünüb tədqiq edilir (ALLAHIN QULU, ZEYNALABDİN)
- Yazılan mətn dinlənildi və araşdırılaraq həzrətə təqdim edilir. (ALLAHDAN BAŞQA İLAH YOXDUR, HAKİMİYYƏT ADİL OLAN ONA MƏXSUSDUR, 1114)
- Padar və Ərəş mahalının məliyi, ən aşağı bəndə Məlik Şəhabəddin mətndə yazılanların həqiqiliyini və gerçəkliklə zidd olmadığını təsdiqlədi. (ALLAHDAN BAŞQA İLAH YOXDUR, HAKİMİYYƏT ADİL OLAN ONA MƏXSUSDUR)
- Yazılan mətn dinlənildi və araşdırıldı. (ALLAHDAN BAŞQA İLAH YOXDUR, HAKİMİYYƏT ADİL OLAN ONA MƏXSUSDUR)
- Ərizəçilərin yazdığı kimi, həqiqidir və gerçəkliklə ziddiyyət təşkil etmir, Qəbələ qazısı Məhəmmədsəid (ALLAHDAN BAŞQA İLAH YOXDUR, HAKİMİYYƏT YALNIZ ONA MƏXSUSDUR)
- Tədqiqatın nəticəsində yazılan mətnin xahiş ərizəsi olduğuna qənaətə gəlindi. (ALLAHIN QULU MƏHƏMMƏD QASİM)
Katolikos Divanı, qovluq. 2b, sənəd. 208a, orijinal, ölçü. 24,5 x 91,5 sm – şəkillər Kristine Kostikyanın topladığı ШАРИАТСКИЕ-НОТАРИАЛЬНЫЕ ДОКУМЕНТЫ (XVII–XVIII вв.) sənədlər toplusundan götürülüb. Ədalətli istifadəyə istinadən bura yerləşdirilib. Müəlliflik hüququ pozuntusu hədəflənməyib.
Bu ərizəyə cavab 1701-ci ildə Şah Sultan Hüseyndən bir fərmanla gəlib. Fərmanda Şirvan, Qarabağ və Gəncə mahallarının katolikosluğunun əvvəl onun əmisi İyeremiyada olduğu təsdiqlənir [Katolikos II İyeremiya Həsən-Cəlalyan (1676-1700), Xaçın məliyi Bağdasarın oğlu]. Lakin onun yerinə keçirilmiş Simeonun bu mövqeni qəsb etdiyi qeyd edilir. Ərizənin Qarabağ şeyxülislamı tərəfindən təsdiqləndiyi yazılır, həmçinin katolikosun 50 əşrəfini peşkəş olaraq xəzinəyə ödədiyi də qeyd edilir. Fərmanda öncəki katolikos İyeremiyanın 1111-ci ildə (qriqorian tarixi ilə – dekabrın axırı 1699, yanvarın əvvəli 1700) Azərbaycan sərkarına göndərdiyi ərizə də xatırlanır. İyeremiyanın bu ərizəsində Ağvank katolikosluğunun ona verilməsi xahiş edilir. Deyilir ki, bu vəzifə ona əmisi Qriqordan (Katolikos V Qriqoris Həsən-Cəlalyan (1634-1653), Xaçın məliyi II Vəlicanın oğlu) qalmışdır amma Qriqor ölərkən İyeremiya və qardaşları uşaq olduğu üçün post Qriqorun tələbələrindən olan Petrosa (Katolikos IV Petros (1663-1675) – Katolikos Qriqorisin oğulluğu) verilmişdir; Petros isə ölmədən öncə bu vəzifəni İyeremiyaya vəsiyyət etmişdir.
Katolikosluq Divanı, qovlub 2b, sənəd. 142, ölçü 22 x 35.5sm – şəkillər Kristine Kostikyanın topladığı Persian Documents of Matenadaran – Decrees (Volume 3 – 1652-1731) sənədlər toplusundan götürülüb. Ədalətli istifadəyə istinadən bura yerləşdirilib. Müəlliflik hüququ pozuntusu hədəflənməyib.
Ərizədəki müəyyən adları biz 28 oktyabr 1725-ci ildə Rus çarı Pyotra ünvanlanmış məktubda da görə bilərik, məsələn, Tosik kəndxudası Vardan, Bum kəndindən Bayram və Nəsib. Ümumiyyətlə katolikos Yesai Həsən-Cəlalyanın fəaliyyətinə fikir versək görərik ki, Səfəvilərə qarşı Rusiya ilə, Eçmiədzinə qarşı Səfəvilərlə əməkdaşlıq edib. Hətta onu katolikos təyin edən Şah Sultan Hüseynin adı da ruslarla məktublaşmalarında dəfələrlə çəkilib. Həmin məktublaşmaların ümumi siyahı və mətninə bu linkdən baxa bilərsiniz. Yesai 1728-ci ildə öldürülüb.