Qafqaz albanlarının dilində sifətlər və əvəzliklər
Ötən yazılarda ismin halları, bəzi əsas şəkilçilər və ismin əsas infleksiyaları haqqında yazmışdım. Bu yazıda isə sifətlərdən və əvəzliklərdən bəhs edəcəyəm.
Ötən yazılarda ismin halları, bəzi əsas şəkilçilər və ismin əsas infleksiyaları haqqında yazmışdım. Bu yazıda isə sifətlərdən və əvəzliklərdən bəhs edəcəyəm.
Ötən yazılarda ismin halları və bəzi əsas şəkilçilər haqqında yazmışdım. Bu yazıda ismin əsas infleksiyaları haqqında yazacağam.
Bu dəfəki yazıda ismin hallarından bəhs edəcəyəm. Qafqaz albanlarının dili (bundan sonra asanlıq naminə - Alban dili) udi dilinə çox bənzər bir infleksiya sisteminə sahib olsa da, müəyyən fərqliliklər də var. Xüsusilə lokativ hallar dildə əsas yeri tutur (müqayisə üçün deyim ki, Azərbaycan dilində cəmi 3 lokativ hal var - yerlik, yönlük və çıxışlıq). Bəzi halların 3 forması var və buna görə də rum rəqəmləri ilə adlanacaqlar. Məsələn: III Dativ (Üçüncü dativ)
Uzun müddətdir ki, Sinay Palimpsestlərini araşdırıram, istər Gündəlik Qafqaz Albancası, istərsə də @CaucasiaAlbania səhifələrində 1-2 söz paylaşıram. Amma düşünürəm ki, daha dolğun qrammatikaya keçid üçün vaxtdır. Dil haqqında, Palimpsestlər haqda çox da məlumat verməyəcəm. Hazırladığım Vikipediya məqalələrinə baxa bilərsiniz.
Alban-latın transliterasiya alətini yaratmağımdan 2 il keçir. Bu 2 il ərzində mənə ən çox verilən sual bu əlifbanın müasir Azərbaycan, Udi və ya Ləzgi dilləri üçün istifadəsinin mümkünlüyü haqqında olub. Bu suala qısa cavab vermək istəyirəm - xeyr. Uzun cavabı oxumaq istəyirsinizsə yaxın oturun.
1701-1728-ci illərdə katolikosluq etmiş Yesai Həsən-Cəlalyanın Erməni kilsəsindən qopmaq cəhdləri ilə bağlı Erməni kilsəsi arxivində olan, Şah Sultan Hüseynə ünvanlanmış ərizəyə baxaq. Ərizəni oxuyanda görürük ki, Yesai Eçmiədzin (Üçkilsə) kilsəsinin əlindən Şəki və Şirvandakı qriqorian erməni, udin, tat əhalisinin mənsub olduğu Şirvan yeparxiyasını almaq istəyirmiş. Bunun iki səbəbi vardı - həm kilsənin mənsubları ona vergi verəcəkdilər, həm də gələcəkdə onların üzərində Həsən-Cəlalyanların siyasi üstünlüyünü təmin edəcəkdi.
Bildiyiniz kimi Sinay yarımadasındakı Müqəddəs Katerina monastırındakı əlyazmaların ikinci qatında Alban dilində leksionariya tapılmışdı. Jost Gippert, Wolfgang Schulze, Zaza Alexidze və Jean-Pierre Mahé bu haqda "The Caucasian Albanian Palimpsests of Mt. Sinai" kitabı yazmışdılar. Bu kitabın yayımlanmasından 12 il keçsə də təəssüf ki, Azərbaycan akademiyası elə də önəm verməyiblər. Mən bu yaxınlarda kitabın birinci cildini əldə etdim. Bu yazımda alban (qədim udi) əlifbasını, onun fonetik strukturunu və ölkəmizdə bu əlifba ilə yazıldığı görünən abidələri təqdim edəcəyəm. Mən bu dilə "Qədim Udi" deməyi üstün tutsam da sadəlik üçün "alban dili", "alban əlifbası" və s. istifadə edəcəyəm.
Perestroyka, qlasnost, Qorbaçov, Qarabağ… Bunlar hamısı SSRİnin son zənginin yaxınlaşdığını göstərən amillər idi. Bu yazımda fərqli mənbələrdən topladığım 20 Yanvar faciəsindən tutmuş, Qarabağacan Azərbaycan-Ermənistan münaqişəsi haqda yazan sol mediadan tərcümələri diqqətinizə çatdıracam.
İspan general Xuan van Halen i Sarti (1788-1864) Rusiya ordusunda xidmət etmiş, Qafqaz müharibəsinə qoşulmuşdur. Bu səfər 1820-ci ildə may ayında baş tutub. Qarabağ xanı Mehdiqulu xanı və Şirvan xanı Mustafa xanı şəxsən görüb.