Şaumyana qarşı ikili münasibət: Ermənistanın Bolşevik kabusu
Azərbaycanda Şaumyana olan münasibətdən az-çox xəbərimiz var. Adətən bizdə onun ideoloji kimliyi yox, etnik kimliyi önə çəkilir və 31 mart soyqırımı ilə əlaqələndirilir. Ermənistanda Şaumyana baxış isə fərqlidir. Bu haqda tərcümə etdiyim yazıda qeyd olunan bütün mövqelər müəllifin özünündür.