Azərbaycanda tapılmış alban (qədim udi) dilində abidələr
Bildiyiniz kimi Sinay yarımadasındakı Müqəddəs Katerina monastırındakı əlyazmaların ikinci qatında Alban dilində leksionariya tapılmışdı. Jost Gippert, Wolfgang Schulze, Zaza Alexidze və Jean-Pierre Mahé bu haqda "The Caucasian Albanian Palimpsests of Mt. Sinai" kitabı yazmışdılar. Bu kitabın yayımlanmasından 12 il keçsə də təəssüf ki, Azərbaycan akademiyası elə də önəm verməyiblər. Mən bu yaxınlarda kitabın birinci cildini əldə etdim. Bu yazımda alban (qədim udi) əlifbasını, onun fonetik strukturunu və ölkəmizdə bu əlifba ilə yazıldığı görünən abidələri təqdim edəcəyəm. Mən bu dilə "Qədim Udi" deməyi üstün tutsam da sadəlik üçün "alban dili", "alban əlifbası" və s. istifadə edəcəyəm.