Qafqaz albanlarının dilində ismin halları

Bu dəfəki yazıda ismin hallarından bəhs edəcəyəm. Qafqaz albanlarının dili (bundan sonra asanlıq naminə - Alban dili) udi dilinə çox bənzər bir infleksiya sisteminə sahib olsa da, müəyyən fərqliliklər də var. Xüsusilə lokativ hallar dildə əsas yeri tutur (müqayisə üçün deyim ki, Azərbaycan dilində cəmi 3 lokativ hal var - yerlik, yönlük və çıxışlıq). Bəzi halların 3 forması var və buna görə də rum rəqəmləri ilə adlanacaqlar. Məsələn: III Dativ (Üçüncü dativ)

Continue ReadingQafqaz albanlarının dilində ismin halları

Qafqaz albanlarının dilinə giriş

Uzun müddətdir ki, Sinay Palimpsestlərini araşdırıram, istər Gündəlik Qafqaz Albancası, istərsə də @CaucasiaAlbania səhifələrində 1-2 söz paylaşıram. Amma düşünürəm ki, daha dolğun qrammatikaya keçid üçün vaxtdır. Dil haqqında, Palimpsestlər haqda çox da məlumat verməyəcəm. Hazırladığım Vikipediya məqalələrinə baxa bilərsiniz.

Continue ReadingQafqaz albanlarının dilinə giriş

Azərbaycan və ya Udi dilləri alban əlifbası ilə yazıla bilərmi?

Alban-latın transliterasiya alətini yaratmağımdan 2 il keçir. Bu 2 il ərzində mənə ən çox verilən sual bu əlifbanın müasir Azərbaycan, Udi və ya Ləzgi dilləri üçün istifadəsinin mümkünlüyü haqqında olub. Bu suala qısa cavab vermək istəyirəm - xeyr. Uzun cavabı oxumaq istəyirsinizsə yaxın oturun.

Continue ReadingAzərbaycan və ya Udi dilləri alban əlifbası ilə yazıla bilərmi?

Səfəvilər dövründən Ağvan katolikosluğuna dair bir ərizə və cavabı

1701-1728-ci illərdə katolikosluq etmiş Yesai Həsən-Cəlalyanın Erməni kilsəsindən qopmaq cəhdləri ilə bağlı Erməni kilsəsi arxivində olan, Şah Sultan Hüseynə ünvanlanmış ərizəyə baxaq. Ərizəni oxuyanda görürük ki, Yesai Eçmiədzin (Üçkilsə) kilsəsinin əlindən Şəki və Şirvandakı qriqorian erməni, udin, tat əhalisinin mənsub olduğu Şirvan yeparxiyasını almaq istəyirmiş. Bunun iki səbəbi vardı - həm kilsənin mənsubları ona vergi verəcəkdilər, həm də gələcəkdə onların üzərində Həsən-Cəlalyanların siyasi üstünlüyünü təmin edəcəkdi.

Continue ReadingSəfəvilər dövründən Ağvan katolikosluğuna dair bir ərizə və cavabı

Azərbaycanda tapılmış alban (qədim udi) dilində abidələr

Bildiyiniz kimi Sinay yarımadasındakı Müqəddəs Katerina monastırındakı əlyazmaların ikinci qatında Alban dilində leksionariya tapılmışdı. Jost Gippert, Wolfgang Schulze, Zaza Alexidze və Jean-Pierre Mahé bu haqda "The Caucasian Albanian Palimpsests of Mt. Sinai" kitabı yazmışdılar. Bu kitabın yayımlanmasından 12 il keçsə də təəssüf ki, Azərbaycan akademiyası elə də önəm verməyiblər. Mən bu yaxınlarda kitabın birinci cildini əldə etdim. Bu yazımda alban (qədim udi) əlifbasını, onun fonetik strukturunu və ölkəmizdə bu əlifba ilə yazıldığı görünən abidələri təqdim edəcəyəm. Mən bu dilə "Qədim Udi" deməyi üstün tutsam da sadəlik üçün "alban dili", "alban əlifbası" və s. istifadə edəcəyəm.

Continue ReadingAzərbaycanda tapılmış alban (qədim udi) dilində abidələr