You are currently viewing Renzo Novatore – Yaradıcı heçliyə doğru

Renzo Novatore – Yaradıcı heçliyə doğru

Əsl adı Abele Rizieri Ferrari olan Renzo Novatore 12 May 1890-cı ildə 3500 nəfərlik əhalisi olan Arkola kəndində kasıb bir ailədə doğulub. Məktəbi birinci sinifdən tərk edən Renzo daha sonra atasının fermasında işləyə-işləyə özü kitab filan oxuyaraq təhsil alıb. Əsasən Nitsşe, Şopenhauer, Ştirner, Oskar Uayld, Henrik İbsen, Şarl Bodriyar mütaliə edib. 1908-ci ildə (18 yaşında) individual anarxist olub. Qəzetlərdə adı ilk dəfə 1910-cu ildə bir qrup gənc anarxistlə birlikdə 15-16 may gecəsində kilsə yandıranların arasında çəkilib. 1918-ci ildə müharibəyə çağrılsa da, o müharibəyə getməyib və buna görə də dövlət ona edam cəzası kəsib.

O daha sonra “Yaradıcı heçliyə doğru” şeirində bunun səbəbini belə qeyd edirdi:

Hansı axmaq niyəsini bilmədən ölümə getsin ki?!

İtaliyada faşizmin yaranmasından sonra Renzo bir qrup anarxistlə birlikdə Arditi del Popolo (Xalq ordusu) təşkilatını qurdu. Təşkilatın bayrağı faşizm simvolunu doğrayan bir balta idi. Bir çox anarxist jurnalda və qəzetdə köşə yazarlığı edirdi. 1922-ci ildə faşistlərlə olan küçə atışmalarının birində öldürüldü. Özündən sonra bir çox kitabı və əsəri faşistlər tərəfindən yandırıldı.

Novatore digər anarxistlərdən fərqli olaraq anti-kollektivist və individualist idi.

“Errico Malatestaya tapınan kütlə qorxaq və potensialsızdır. Hökümət və burjuaziya bunu görür və lağ edir”

“Yaradıcı heçliyə doğru” şeirindən hissələri təqim edirəm:

Müharibə!
Siz bunu xatırlayırsınız?
Müharibə nə yaradıb?
Bax bunu:
Qadın öz bədənini satdı və fahişəliyə “azad sevgi” adını verdi.

Bizim nihilizmimiz xristian nihilizmi deyil.
Biz həyatı inkar etmirik.
Yox! Biz yalanların böyük ikonoborçularıyıq.*
Və “müqəddəs” olan hər şey yalandır.
Biz “müqəddəs”lərin düşmənləriyik.
Sizə də qanun “müqəddəsdir”; cəmiyyət “müqəddəsdir”; əxlaq “müqəddəsdir”; ideyalarınız “müqəddəsdir”!
Amma biz – möhkəm iradəli gözəlliyin və gücün, füsunkar düşüncənin aşiqləri – biz ikonoborçular – iblisanə şəkildə, təsvirli və istehzalı gülürük!
Biz gülürük!
Və gülə-gülə, biz dop-dolu həyat istəyinə bütpərəstlər tək diz çökürük.
Və biz gülərək həqiqətlərimizi yazırıq.
Və biz qanla ehtirasımızı yazırıq.
Və biz gülürük.
Biz nifrətin gözəl, sağlam, qırmızı gülüşü ilə gülürük .
Biz məhəbbətin gözəl, təravətli, mavi gülüşü ilə gülürük.
Biz gülürük!

Faşizmin gələcəyi yoxdur, çünki kobud gücdən istifadə edir. O ruhsuz materiyadır, alatoranlıqsız gecədir. Faşizm sosializmin digər üzüdür. Onlar düşüncəsiz bədənlərdir.

Biz “vəzifəni” öldürmüşük ki, azad qardaşlığımız bizə alovlu istəyimiz, həyatda qəhrəmanlıq şücaəti qatsın.
Biz “mərhəməti” öldürdük,çünki biz sevə bilən barbarlarıq.
Biz “altruizm”i öldürdük, çünki biz səxavətli eqoistik.
Biz “xeyriyyəçi həmrəyliyi” öldürdük ona görə ki, ictimai insan onun öz gizli “mən”ini axtarsın və “bir” olmağın gücünü tapsın.

Bəsdir, bəsdir, bəsdir!
İctimai faciə vaxtıdır!
Biz gülərək məhv edəcəyik.
Biz gülərək yandıracağıq.
Biz gülərək öldürəcəyik.
Biz gülərək müsadirə edəcəyik.
Cəmiyyət məhv olacaq.
Vətən məhv olacaq.
Ailə məhv olacaq.
Azad insan doğulandan sonra hər şey məhv olacaq.

*İkonobor – xristianlıqda Hz. İsa ikonasına tapınmağı qadağan edən sekta

Mənim düşüncələrim - Renzo Navatore

Allah: Xəstə təxəyyülünün ixtirası. Qoca və gücsüz beyinlərin sakini. Kölə doğulanların infantil qoxusu. Qəbz ağıllar üçün dərman. Zəif ürəklilərin marksizmi.

Bəşəriyyət: Mənfi mənalı, uzun müddət hakimiyyətdə olmuş, mücərrəd anlayış olan qısaltma. Sentimental axmaqlar və səfehlər üçün maska.

Dövlət: Yarım-ağıllılar üçün təcridxana, səfehlərin mal pəyəsi. Ona pərəstiş edənləri itə və donuza çevirən bir Circe. Ağa üçün fahişə, xarici üçün sutenyor. Uşaq-yeyən, valideyn-ə böhtan atan və itoynadan.

Ailə: Sevgi, həyat və azadlığın inkarı.

Sosializm: Nizam-intizam, nizam-intizam; mütilik, itaətkarlıq; köləlik və cəhalət, avtoritarlığa hamilə. Xristianlıq tərəfindən eybəcərləşən burjua orqanı. Fetişizm, təriqətçilik və qorxaqlığın qarşığı

Təşkilatlar, Qanunvericilik Orqanları və Həmkarlar İttifaqları: Acizlərin kilsələri. Xəsis və zəiflərin lombardları. Çoxu bu təşkilatlara parazit kimi yaşamaq üçün qoşulur. Bəziləri casus olmaq üçün qoşulur. Digərləri, ən səmimiləri həbs edilib başqalarının pisliklərini görənlərdir.

Həmrəylik: Kütlələrə tamaşa üçün kahinlərin istifadə etdiyi qorxunc qurbangah. 100% təhqir qazanılır.

Dostluq: Xoşbəxt o insanlardır ki, bu qədəhdən içərkən təhqir olunmayıb yaxud zəhərlənməyiblər. Əgər elə biri varsa mənə fotosunu göndərsin, çox güman bir axmaq görəcəyəm.

Eşq: Bədənin yanılması, ruha yara. Gündə iki və ya üç dəfə qəzəbli şəkildə sərxoş edən, dəyərli amma axmaq həyatın boşuna sərf olunduğu ruhi xəstəlik, ürək zəifliyi, beyin atrofiyası, hisslərin korlanması, poetik yalan. Və düzü mən sevgidən ölməyə üstünlük verərdim. Bu, İudadan sonra öpüşlə öldürə bilən yeganə fırıldaqçıdır.

Kişi: Qul xasiyyəti, özbaşınalıq, fetişizm, qorxu, şöhrətpərəstlik və cəhalətdən yoğrulmuş çirkin. Bir eşşəyə ən böyük təhqir ona kişi deməkdir.

Qadın: Kölələşdirilmiş bədheybətlərin ən pisi. Dünyada vurnuxan ən böyük qurban. Görəsən onu öpsəm necə olardı?

Cavid Ağa

Müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.

Cavab yaz