Səfəvilər dövründən Ağvan katolikosluğuna dair bir ərizə və cavabı

1701-1728-ci illərdə katolikosluq etmiş Yesai Həsən-Cəlalyanın Erməni kilsəsindən qopmaq cəhdləri ilə bağlı Erməni kilsəsi arxivində olan, Şah Sultan Hüseynə ünvanlanmış ərizəyə baxaq. Ərizəni oxuyanda görürük ki, Yesai Eçmiədzin (Üçkilsə) kilsəsinin əlindən Şəki və Şirvandakı qriqorian erməni, udin, tat əhalisinin mənsub olduğu Şirvan yeparxiyasını almaq istəyirmiş. Bunun iki səbəbi vardı - həm kilsənin mənsubları ona vergi verəcəkdilər, həm də gələcəkdə onların üzərində Həsən-Cəlalyanların siyasi üstünlüyünü təmin edəcəkdi.

Continue ReadingSəfəvilər dövründən Ağvan katolikosluğuna dair bir ərizə və cavabı