1906-cı ildə Təbrizdə “Molla Nəsrəddin”dən təsirlənən “Azərbaycan” satirik jurnalı çıxıb. Jurnalın baş redaktoru Əliqulu Səfərov olub. Əliqulu Səfərov və onun fəaliyyəti ilə burada tanış ola bilərsiniz. Həftəlik çıxan bu jurnalda Hacı Mirzə Ağa Təbrizi də yazıb. Mirzə Ağa Təbrizi haqqında burada ətraflı məlumat ala bilərsiniz. Jurnal orijinal olaraq İran Milli Kitabxanası tərəfindən PDF-yə çevrilib və bəzi sayları elektronlaşdırılıb. Aşağıdakı düyməyə tıklayaraq jurnalı endirə bilə və oxuya bilərsiniz. Məqalələr farsca və Azərbaycan dilində qarışıqdır. Bu nüsxələrdən əlavə bəzi sayları Çikaqo Universitetində kitabxanada mikrofilm formatında saxlanılır.