You are currently viewing Qafqaz albanlarının dilində fellər

Qafqaz albanlarının dilində fellər

Ötən yazılarda ismin halları, bəzi əsas şəkilçilər, ismin əsas infleksiyaları , sifətlər və əvəzliklər, say, ədat, qoşma və bağlayıcılar haqqında yazmışdım. Bu yazıda isə fellər haqqında bəhs edəcəm.

Fellərin formalaşması

Qafqaz albanlarının dilində fel olduqca mürəkkəb morfologiya ilə xarakterizə olunur. Onun kateqoriyalarına zaman, aspekt, əhval-ruhiyyə, tranzitivlik dərəcələri, şəxs, yer (ön şəkilçilər), həmçinin tabelilik daxildir. Qafqaz alban dili həm əsas, həm də törəmə fellərə malikdir. Əsas fel köklərinin sayı bir qədər azdır. Bunun əvəzinə Qafqaz Alban dili tez-tez törəmə fellər yaratmaq üçün birləşdirmə texnikalarına müraciət edir. Əsas fellər başqa leksik element əlavə edilmədən də fəaliyyət göstərə bilər, törəmə fellər isə adətən leksik birləşməni göstərir. Əslində Azərbaycan dilində də bu funksiyalar mövcuddur. Məsələn, götürək “almaq” sözünü. Bu sözü təkcə almaq üçünmü istifadə edirik? Xeyr. Bu sözlə, əlindən almaq, könlünü almaq, zövq almaq, qarşısını almaq və nəzərə almaq kimi müxtəlif mənalı ifadələri yarada bilərik.

Əsas fellər (sinxronik baxımdan) bunlardır:

aḳ-esun ‘görmək’, aṗ-esun ‘gəlmək, gəlmək, iştirak etmək, çatmaq’, aṭ-esun ‘azmaq’, bå(h)-esun 1. ‘düşünmək’, 2. ‘getmək ‘, bax̣ -esun ‘tapmaq’, beġ-esun 1. ‘məcbur olmaq, borclu olmaq’, 2. ‘baxmaq, müşahidə etmək, görmək’, bes-esun ‘axtarmaq, soruşmaq’, bit-esun ‘yıxılmaq’ ‘, biṭ-esun ‘əkmək’, bix-esun ‘yaratmaq, doğurmaq’, biy-esun ‘et, make’, boḳ-esun ‘başlamaq’, boḳoḳ-esun ‘yanmaq’, buq̇-esun ‘sevmək, istəmək’, ef-esun ‘saxlamaq, sahib olmaq, tutmaq’, ep-esun ‘danışmaq, demək, çağırmaq’, heġ-esun ‘gəlmək’, heq̇-esun ‘almaq, almaq’, ig-esun ‘döymək, vurmaq’, iġ-esun ‘getmək’, ih-esun ‘ol(maq)’, ḳes-esun (?) ‘geyinmək’, (u)p-esun ‘demək, söyləmək’, *üwġ-esun ‘içmək’, q̇-esun ‘tutmaq, ələ keçirmək’, oṭ-esun ‘utanmaq’, q̇oq̇esun ‘udmaq’

Bu fellərdən bəziləri isimləri, zərfləri, sayları və ya qeyri-məlum fel formalarını özündə birləşdirərək daha mürəkkəb fellərin yaranması üçün əsas ola bilər. Aşağıdakı fellər bir neçə sözün tərkibində təyin edilib:

ihesun (olmaq – 81), biyesun (etmək – 79), (u)pesun (demək – 44), boḳesun (aparmaq – 13), iġesun (getmək – 9), epesun (danışmaq – 9), daġesun (vermək – 8), ʒexesun (qoymaq – 6), bå(h)esun (getmək – 6), efesun (saxlamaq – 6), biq̇esun (götürmək – 4), heq̇esun (almaq – 4), aḳesun (görmək – 3), biṭesun (əkmək – 3), buresun ‘dayanmaq’ (3), heġesun (3)

Bunlardan əlavə, bir də “zəif fellər” var ki, bir çox sözə qoşulsalar da yuxarıdakı “güclü fellər”dən fərqli olaraq müstəqil məna vermirlər. Onlara -desun, ġesun, kesun, esun, q̇esun, tesun, esun, xesun, zesun kimi fellər daxildir.

“Güclü fellər” adətən aşağıdakı nümunələrdəki kimi birləşirlər:

ihesun (olmaq, çevrilmək) – aana- (bilgi), axay- (açıq), bal’- (xəstə), marġaven– (peyğəmbər) və s. Məsələn, marġavenihesun = peyğəmbər olmaq, axayihesun = açılmaq, açıq olmaq mənalarına gəlir. Və ya ne (yuxu) sözü ilə aḳesun (görmək) istifadə edilsə neaḳesun = yuxu görmək olur.

Zaman anlayışı

Alban dilində felin işləndiyi iki zaman var – indiki zaman və keçmiş zaman. Bunlar əsasən felin son samitinə qoşulan saitlərlə məlum olur. Aşağıdakı cədvələ baxa bilərsiniz:

 

İndiki zaman

Keçmiş zaman

Məsdər

Əmr

Güclü fellər

-a

-e

-e

-a

Zəif fellər

-a

-a

-e

-a

Məsələn bir nümunəyə baxaq:

 

İndiki zaman

Keçmiş zaman

Məsdər

Əmr

Mənası

Güclü fellər

beġa 

beġe

beġesun

beġa

baxmaq

Zəif fellər

heq̇a

heq̇a

heq̇esun

heq̇a

götürmək

Məsdər və feli isim yaratmaq üçün, həmin sözə -e şəkilçisindən əlavə, bir də -sun şəkilçisi artırılır. Bu da öz növbəsində böyük ehtimal -s məsdər şəkilçisi və -un yiyəlik şəkilçisindən təkamül edib. Nümunə: 𐔰𐕄𐔴 aḳe (gör) → 𐔰𐕄𐔴𐕚𐕒𐕡𐕎 aḳesun (görmək)

Bəzi fellərin kökü məsdərləşəndə ablaut, yəni apofoniya hadisəsinə səbəb olur. Məsələn, 𐔼𐕆𐔴𐕚𐕒𐕡𐕎 ihesun (olmaq) məsdəri əslində 𐔰𐕆𐔰 aha (ol) felindən gəlir. Eləcə də bu halı 𐔱𐔼𐕍𐔴𐕚𐕒𐕡𐕎 (biq̇esun) – 𐔱𐔰𐕍𐔰 (baq̇a), 𐔱𐔼𐔺𐔴𐕚𐕒𐕡𐕎 (biyesun) – 𐔱𐔰𐔰 (baa) sözlərində müşahidə etmək olar.

Bəzi fellər atipik kök formalaşması nümayiş etdirir. Buraya əlavə və köhnə yüngül fellərin inteqrasiyası daxildir. Aşağıdakı fellər əlavə ilə xarakterizə olunur:

Sözün mənası

İndiki zaman

Keçmiş zaman

Məsdər

Əmr

demək(u)a-(u)pe-(u)pesunupa-
vermək

luġa-

daġe-

daġesun

daġa-

Məsələn, “xəbər vermək” mənasına gələn “𐕃𐕒𐕡𐔳𐔰𐕘𐔴𐕚𐕒𐕡𐕎” (ʒ́udaġesun) ifadəsindəki “vermək” hissəsi indiki zamanda 𐔾𐕒𐕡𐕘 (luġ) formasına düşür. Məsələn, “işıq verən” ifadəsində 𐕀𐔰𐕐𐔾𐕒𐕡𐕘𐔰𐔾 (xašluġal = xaš (işıq) +luġ (vermək) +al (nomina agentis)) bu sözü görmək olar.

Şəxs şəkilçiləri

Normalda bu hissədə zərflər gəlməli idi amma birinci şəxs şəkilçiləri ilə bağlı danışmalıyıq. Alban dilindəki bu anlayış Azərbaycan dilindəki şəxs şəkilçiləri ilə, ingilis dilindəki “agreement” anlayışı ilə üst üstə düşür.

Məsələn: Mən gəlmişəm. Sən gəlmisən. – burada -əm/sən şəkilçiləri şəxs şəkilçiləridir, felə qoşulurlar və şəxs əvəzliyindən asılıdırlar. Yəni, “mən gəlmisən” və ya “sən gəlmişəm” cümlələri qurula bilməz. Şəxs şəkilçiləri aşağıdakılardır:

 Birinci şəxs
İkinci şəxs
Üçüncü şəxs
Təki-zu-nun-n(e) / Ø
Cəmižan-nan-n(e) / Ø

-nun və -nan əslində “vun” (ikinci şəxsin təki) və “vˁan” (ikinci şəxsin cəmi) əvəzliklərini -ne şəkilçisini qəbul etmiş formasıdır.

Bu sistem müasir Udi dilində də qorunub saxlanılıb. Müqayisə edin: Mən udiyəmZu udizu

-n(e) şəxs şəkilçisinin istifadə nümunəsi:
𐔱𐔼𐔸𐔶𐕎𐔴 𐔷𐔰𐕄𐕒𐕡𐕙 𐕣𐕒𐕡𐔾𐕌𐕒𐕀𐕒𐕠 𐕒𐔺𐔰  – bitēne žaḳur kulmoxoc oya – Zəncirlər onun əllərindən düşdülər. (Həvarilərin işləri 12:7)
bite (düşmək) + y (keçmiş zaman morfemi) + ne (şəxs şəkilçisi) + žaḳur (zəncirlər; žaḳ sözünün cəmi) + kulmoxoc (əllərindən; kul sözünün cəminin çıxışlıq halı) + oya (üçüncü şəxsin təkinin yiyəlik halı)

Şəxs şəkilçiləri haqda aşağıda daha çox danışacağıq.

Zərf

Alban dilindəki fellər yer və ya hərəkət xüsusiyyətlərini göstərən zərflər qəbul edə bilər. Azərbaycan dilindən fərqli olaraq alban dilində zərflər felə önşəkilçi kimi qoşulurdu. “İş” (hərəkət) anlayışı ilə bağlı zərflər ta- ‘ora’ (itiv) və he- ‘bura’ (ventiv) olub, udi dilində ta- və e- kimi qalıb.

Müqayisə edək: 𐔸𐔰𐔼𐕘𐔴𐕚𐕒𐕡𐕎 (taiġesun) ↔ 𐕆𐔴𐕘𐔴𐕚𐕒𐕡𐕎 (heġesun)
Hər iki fel əslində “iġesun”dur, yəni “getmək”. Ta- zərfi ona uzaqlaşmaq mənası, yəni “ora” xüsusiyyətini verir. He- zərfi isə yaxınlaşmaq mənası, yəni “bura” anlamını qatır. Azərbaycan dilində ora və bura bu kontekstdə çox da önəmli deyil, çünki biz “bura getmək” demirik, yaxınlıq nəzərdə tuturuqsa “bura gəlmək” deyirik. Eynilə bu sözlərdən biri “ora getmək”, digəri isə “bura getmək”=”gəlmək”dir.

Başqa nümunələrə baxaq:
𐔸𐔰𐔱𐕒𐕄𐔴𐕚𐕒𐕡𐕎 (taboḳesun) və 𐕆𐔴𐔱𐕒𐕄𐔴𐕚𐕒𐕡𐕎 (heboḳesun) = [uzağa] aparmaq və [yaxına] aparmaq=gətirmək
𐔸𐔰𐕢𐔴𐕚𐕒𐕡𐕎 (tapesun) və 𐕆𐔴𐕢𐔴𐕚𐕒𐕡𐕎 (hepesun) = [ora] demək (? təklif etmək) və [bura] demək (etiraf etmək, təşəkkür etmək)

Yer anlayışı verən sözlərə aşağıdakı zərflər daxildir:

a- ‘yaxın’; hala- ‘üstünə; aci- ‘aşağı’; hay- ‘yuxarı’, baha- ‘içinə’, horo- ‘ətrafına’, č̣e- ‘uzağa doğru, ondan kənar’, uq̇(a)- ‘altı’, eś(a)- ‘arxası’

İstifadə nümunələri:

eśaiġesun = izləmək = arxasında getmək
hayiġesun = yuxarı getmək
horoiġesun = ətrafda dolanmaq, səhv etmək
acipesun = boyun əymək, əyilmək
uq̇upesun = alçaqdan danışmaq, mızıldanmaq

idi/imiş hissəcikləri

Alban dili ekzistensial anlayışları ifadə etmək üçün üç strategiyaya malikdir:

  1. bu (“var olmaq, mümkün olmaq”) feli ilə köklərə qoşulma yolu ilə
  2. ihesun (“olmaq”) feli ilə
  3. bağlayıcı fel funksiyasını əvəz edən (və ya birləşdirən) şəkilçilərin istifadəsi

Nümunələr:
𐔱𐕒𐕡𐔷𐔰𐕀𐕒𐕐𐕆𐔶 𐕛𐕞𐕡𐕘 𐔼𐕐𐔴𐔱𐕒𐕡𐕙 – bužaxošhē vüwġ išebur. Bu cümləni hissələrə ayıraq: bu (var olmaq) + žaxoš (biz+komitativ hal) + hē (ihesun felinin keçmiş forması), vüwġ (yeddi), išebur (qardaşlar) = Bizimlə 7 qardaş vardı. “Var idi” mənası burda “bu” və “ihesun” felinin keçmiş forması ilə ifadə edilib.

Təkcə ihesun ilə olan nümunəyə də baxaq:
𐕆𐔶 𐔴 𐔺𐔰𐔾 𐕒𐔺𐔰 𐔱𐔼𐕣𐔼 𐕀𐔰𐕐𐔰𐕎𐕄𐔴 – hē e yal oya biki xašanḳe. Burda “hē” bizə artıq “idi” mənasını verir və cümlənin keçmiş zamanda olduğunu anlayırıq. “E” artikldir. “Yal” sözü “paltar” və ya “xalat” mənasındadır. “Oya” burada -ya yiyəlik şəkilçisi almış “o” sözüdür, yənin “onun”. “biki” ağ rəng və ya parlaqlıq deməkdir. “xaš” işıq demək olub “anḳe” hissəciyi “kimi”, “tək” mənasını verir. Yəni cümlənin tam tərcüməsi belədir: “Onun geyimi işıqtək ağ/parlaq idi”

Üçüncü nümunəyə də baxaq:

𐔵𐕒𐕡𐔵𐕒𐕡 𐔴 𐕝𐕒𐕡𐕌 𐕘𐕒𐕡𐔺𐕒𐕡𐕎 – zuzu e śum ġuyun. “Zu” mən deməkdir, burada iki dəfə təkrarlanması felə “-əm” şəkilçisini qatır. İngilis dilindəki “I am” forması kimi. E, yenə artikldir. “śum” çörək, “ġuyun” isə “ġuy” (həyat) sözünün yiyəlik halı almış formasıdır. Yəni, tam tərcüməsi belə olacaq: “Mən həyat(ın) çörəyiyəm.” Bu cümlə formasının bənzər forması müasir Udi dilində də var. Məsələn, “nana kalane” (ana qocadır) – burada -ne şəkilçisi -dır funksiyasını görür.

Başqa nümunələr:
𐕆𐔶𐔵𐕒𐕡 𐕛𐔰𐕙𐕜𐔰𐕗𐔴𐕜 𐕆𐔴𐔸𐔰𐕎𐕒𐕚𐕒𐕡𐕘𐕒𐔺 – Hēzu varṭaṗeṭ hetanosuġoy: burada “Hē” daha öncə gördüyümüz kimi, “ihesun” sözünün keçmiş forması olub, “idi” mənasını verir. “Zu” yenə şəxs şəkilçisi olub “idim” mənasını yaradır. “varṭaṗeṭ” müəllim mənasına gəlib ermənicədən alınma sözdür. Artıq burada “müəllim idim” mənası yarandı. “hetanosuġoy” ermənicədən alınma söz olan “hetanos” (kafir) sözünün cəm formasının yiyəlik halıdır. Yəni, “mən kafirlərin müəllimi idim”.

Məsdərlər

Alban dilində məsdər halları adətən -s şəkilçisi sayəsində düzəlir. O, bəzən feli-isimə belə çox yaxınlaşır. Əslində, yuxarıdakı nümunələrdə məsdərin bir çox nümunəsini görmüşük. Məhz buna görə də bu şəkilçi adətən feli isim düzəldən şəkilçi -un ilə birlikdə görünür. Məsələn, yuxarıdakı sözlərdən birini, palimpsestlərdə 79 dəfə istifadə edilən etmək mənasına gələn “biyesun” sözüdür. Bu sözün absolutiv formada “biyes”, erqativ, yiyəlik, I dativ hallarda müvafiq olaraq “biyesen”, “biyesun”, “biyesa” formaları var. Bəs məsdər və feli isimləri necə ayırmaq olar? Əslində aşağıdakı siyahı sizə kömək edə bilər:

  • ace-s-biyesun ‘bilindirmək’
  • apiye-s-biyesun ‘xor baxmaq’
  • aṭe-s-biyesun ‘yox etmək’ = ‘məhv etmək’
  • batke-s-biyesun ‘çevirmək’ = ‘geri yollamaq’
  • bure-s-biyesun ‘düz saxlamaq’ > ‘yerləşdirmək, qoymaq’
  • harze-s-biyesun / hayze-s-biyesun ‘qaldırmaq’
  • uke-s-biyesun ‘yedizdirmək’
  • karxe-s-biyesun ‘qurtarmaq’ = ‘xilas etmək’

Gördüyünüz kimi, normalda şəkilçisiz istifadə edilən karxe, batke kimi fellər -s şəkilçisi ilə məsdərləşdirilib və ona “yüngül fel” əlavə edilib.

-s şəkilçisi erqativ -en şəkilçisi ilə birlikdə istifadə ediləndə modal söz kimi davranır: “x edərək”, “x olaraq” mənasını qatır. Nümunə:

𐕢𐕒𐕡𐔾𐔴𐕔𐔴𐕚𐔴𐕎 – pulefesen – gözlənti ilə, ümid edərək (pul = göz; efe = saxla); hərfi mənada: “gözdə saxlayaraq”
𐕆𐕞𐕡𐕄𐔼𐕆𐔴𐕚𐔴𐕎 – hüwḳihesen – ürəklə = mərhəmətlə (hüwk = ürək)

Məsdərin yiyəlik halı (-s-un) ikinci dərəcəli feli ismə çevrilmişdir. Bu söz özü də hallana bilir. Məsələn, yuxarıdakı “biyes” sözünün yiyəlik halından yola çıxaq: “biyesun” (etmək), “biyesunen” (edilənlə), “biyesunun” (edilənin), “biyesuna” (edilənə (görə)) və s. kimi formaları görəcəyik.

Feli-sifət

Alban dilində iki əsas feli-sifət düzəldən şəkilçi var. Bunlar istifadə edilən zamana görə dəyişir. İndiki zamanda istifadə edilən -a şəkilçisinin özündən öncə heç bir hərf almır və felin kökünə birləşir. Keçmiş zamanda istifadə ediləndə isə -y və ya -i morfemi önə çıxır. Sadə indiki zaman feli-sifət şəkilçisi nadir hallarda istifadə olunur (atributiv hallar istisna). Bu funksiyada o, daha çox -al şəkilçisi ilə əvəz olunur. Bu şəkilçi ilə bağlı artıq yazmışam. Bundan əlavə iki nadir feli-sifət forması da var -ala (güman ki, -al şəkilçisinin dativ variantıdır) və -na şəkilçisi.

-al hissəciyinin funksiyasını izah etmək üçün ən yaxşı nümunəyə baxaq:
𐔰𐕄𐔴𐕚𐕒𐕡𐕎 – aḳesun – görmək
𐔰𐕄𐔰𐔼𐕆𐔴𐕚𐕒𐕡𐕎
– aḳaihesun – görünmək (hərfi: görünən olmaq)
𐔰𐕄𐔰𐔾𐔼𐕆𐔴𐕚𐕒𐕡𐕎 – aḳalihesun – şahid olmaq (hərfi: görən olmaq)

-ala və -na şəkilçiləri də çox nadir görünür. Birinci üçün “beṭala” (paylaşan), “il’uala” (şifahi; il’ = söz, uḳ = demək; hərfi: (şifahi) deyilən söz). İkinci üçün “aana” (bilinən; aa = bilmək), “buq̇ana” (sevilən; buq̇esun = sevmək) kimi nümunələr göstərmək olar.

Bu feli sifətlərə şəxs əvəzlikləri artıraraq onları mənalandırmaq olar. Məsələn, buq̇ana sözünə -o üçüncü şəxs əvəzliyini əlavə etsək, “buq̇anao”, yəni “sevilən, sevdiyim” kimi sözlər yaratmaq olar. -y morfemini də məhz bu halda görmək olar. Məsələn: “hebiyayoya” (həvarinin) sözünü analiz edək:
he + biya + y + oya = he (bura) + biya (göndər) + y (feli sifət morfemi) + oya (üçüncü şəxs yiyəlik). Hərfi mənada “bura göndərilən şəxsin” mənasını verən söz qısaca “həvarinin” kimi ifadə edilə bilər. Alban dili belə ifadələrlə doludur.

Zaman anlayışı

Alban dilində iki əsas zaman kateqoriyası var: indiki və keçmiş. Keçmiş zaman keçmiş zamanda olan kökə əlavə olunan -y/-i morfemi ilə işarələnir. -y morfemi həm də -ē hərfi ilə bitən sözlərdə də gizlənib, çünki bu hərf “ey” kimi oxunur.

İndiki zaman üçün bəzi nümunələrə baxaq:

𐕒𐕡𐕄𐔰𐔵 𐕛𐔽𐔰𐕚 – uḳaz vˁas – Sizə deyirəm… (Yəhya 6:47)
uḳ (demək) + a (indiki zaman göstəricisi) + z (birinci şəxsin təki) + vˁas (sizə; vun – siz – əvəzliyinin cəminin II dativi)

𐔷𐔰𐕎𐔰𐔾 𐔱𐔼𐕠𐔴𐕀𐔰𐔷𐔰𐕎 𐕛𐔽𐔰 – žanal bicexažan vˁa – Sizə elan edirik (1 Yəhya 1:5)
žan (biz) + al (fokus) + bicex (elan) + a (indiki zaman göstəricisi) + žan (biz) + vˁa (sizə; vun – siz – əvəzliyinin cəminin I dativi)

Keçmiş davamedici zaman:

𐕎𐕒𐕡𐔱𐔴𐕚𐔰𐔷𐔰𐕎𐕆𐔶 𐔲𐕈𐕇𐕒𐕡𐕎𐕒𐕡𐕎 – nubesažanhē gåx̣unun – Biz şöhrət axtarmırdıq (1 Salonikilərə 2:6)
nu- (inkar şəkilçisi) + bes (axtarmaq) + a (indiki zaman) + žan (biz) + hē (olmaq; ihesun keçmiş zamanı) + gåx̣+un (şöhrət, sözün kökü gåx̣ olsa da mənası bəlli deyil) + un (yiyəlik halı) = Biz şöhrətin axtaranları olmurduq.

𐔱𐕈𐔲𐔰𐔾𐔱𐔰𐔰𐔵𐔺𐔰𐕆𐔶 – bågalbaazyahē – Mən onu talayırdım. (Qalileyalılara 1:13)
bågal (talan, qarət) + ba (etmək, “biyesun”un indiki zaman kökü) + a (indiki zaman) + z (birinci şəxsin təki) + ya (neytral əvəzlik) + hē (olmaq, ihesunun keçmiş halı) = Mən (onu) talan edirdim.

Şühudi keçmiş zaman:

𐔸𐔴𐕎𐕒𐕒𐕡𐔰𐕄𐔶 𐔱𐔼𐕂𐔴𐕚𐕒𐕡𐕎 – tenouaḳē bic̣esun – …o isə çürümədi. (Həvarilərin İşləri 13:37)
te (inkar) + n (üçüncü şəxs şəkilçisi) + o (üçüncü şəxs, kişi) + u (I dativ) + aḳē (görmək, aḳe felinin keçmiş halı) + bic̣e (çürüntü) + s (məsdər) + un (məsdər absolutivi) = O çürümək görmədi. [O çürümədi]

𐔼𐕅𐕒𐕡𐕄𐕒𐕙𐔱𐔼𐔺𐔰𐔺𐕎𐕒𐔴𐕎 𐕈͞𐔰 – il’uḳorbiyaynoen å͞a – Onlara cavab verdi (Yəhya 9:27)
il’u (söz) + ḳor (geri) + biya (etmək; biyesunun sözünün keçmiş zamanı) + y (keçmiş zamanı göstərən morfem) + n (üçüncü şəxs şəkilçisi) + o (üçüncü şəxsin təki, kişi) + en (erqativ) + å͞a (onlara; üçüncü şəxsin cəmi, kişi, yiyəlik hal qəbul etmiş forması) = O onlara cavab (il’uḳor = geri-söz = cavab) etdi.

Keçmiş bitmiş zaman:

𐕠𐔰𐕌𐕢𐔶𐕆𐔰𐕌𐔰𐔺𐕄𐔴𐕆𐔶 – campēhamayḳehē – bu yazılan yer… (Luka 4:17)
campē (cam+pesun; yazmaq sözünün keçmiş forması) + hamayḳe (harda ki) + hē (olmaq; ihesun felinin keçmiş halı) = Yazılmış olan yeri… (İncilin tam ayəsi belədir: Ona Eşaya peyğəmbərin kitabını verdilər. İsa kitabı açıb bu yeri tapdı:)

𐕎𐔽𐔰𐔻𐔼𐔻𐔰𐕠𐔶𐕆𐔶𐔵𐕒𐕡 – nˁaźiźacēhēzu – gəmi qəzasına düşdüm (2 Korinflilərə 11:25)
nˁa (gəmi) + źiź (yellənmək, laxlamaq, tərpənmə) +acēhē (rast gəlmək; ace+ihesun fellərinin keçmiş halı) + zu (I şəxs şəkilçisi) = Gəmi-yellənməsinə (=gəmi qəzasına) rast gəldim

Feili xəbər

Alban dilində feilin bir neçə təsriflənən formaları var. Bunlardan bəzilərinə aşağıda nümunə verəcəyəm:

1. Arzu şəkli vaxtaşırı gələcək zamanı da əvəz edir. Bu şəkil –q̇a– şəkilçisi ilə qurulurdu. Təsadüfi deyil ki, müasir Udi dilində də gələcək zaman morfemidir. Əsasən keçmiş zaman formaları ilə birləşir və həmişə razılıq şəkilçiləri ilə müşayiət olunur. Amma üçüncü nümunədə görəcəyimiz kimi indiki zamanda da olur:
𐕢𐔶𐕍𐔰𐔵𐕒𐕡 – pēq̇azu – Mən deyəcəyəm : pē (upesun ‘demək’ sözünün keçmiş forması) + q̇a (arzu şəkli) + zu (şəxs şəkilçisi)
𐔱𐕈𐔶𐕍𐔰𐕎𐔰𐕎 – båēq̇anan – Düşünəsiniz. båe (düşünmək; keçmiş) + q̇a (arzu şəkli) + nan (ikinci şəxs cəm şəkilçisi)
𐕎𐕒𐕡𐕄𐔰𐕍𐔰𐔷𐔰𐕎 – nuḳaq̇ažan – (Gəlin) deməyək: n- (inkar) + uḳ (demək) + q̇a (arzu şəkli) + žan (şəxs şəkilçisi)

2. Lazım şəkli daha müntəzəm olaraq gələcək vaxtı ifadə etmək üçün istifadə olunur. Bu şəkil -al şəkilçisindən asılıdır. Mütəmadi olaraq (lakin həmişə yox) ona ane bağlayıcısı birləşir.
𐕣𐔰𐕙𐕀𐔴𐕚𐔱𐔰𐔰𐔾𐔰𐕎𐕄𐔴𐕒𐔴𐕎 𐔷𐔰𐕀 – karxesbaalanḳeoen žax (Titus 2:14)
karx (xilas) + es (məsdər) + ba (etmək) + al (sözdüzəldici şəkilçi) + anḳe (bağlayıcı) + o (üçüncü şəxs təki) + en (erqativ) + žax (biz, III dativ) = “bizi xilas edəsidir…” (Tam ayə: O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın.)

𐔱𐔼𐕅𐔰𐕆𐔰𐕎𐔰𐔺𐕒𐔴𐕎𐕄𐔴 𐔱𐔽𐔰𐕀𐔴𐔲𐔴𐔾 𐔰𐕆𐔰𐔾𐔰𐕎𐕄𐔴𐕛𐔰 𐔱𐔽𐔰𐕀𐔰𐕀 – bil’ahanayoenḳe bˁaxegel ahalanḳeva bˁaxax – Kim öldürərsə, məhkəmədə günahkar olaraq mühakimə ediləsidir (Matta 5:21)
bil’ (öldürmək) + a (indiki zaman) + hanay (kim) + o (üçüncü şəxs tək) + en (erqativ) + ḳe (ki) + bˁax (məhkəmə) + e (yiyəlik hal) + gel (günahkar) + ah (olmaq) + al + anḳe (bağlayıcı) + va (üçüncü şəxs absolutiv) + bˁaxax (məhkəmə, III dativ)

3. Şərt şəkli -en’e şəkilçisini əlavə etməklə indiki zamandan yaradılır. Bu şəkildə cümlələrdə tez-tez “əgər” (haene) modal sözünü görmək mümkündür:
𐕆𐔰𐕜𐔴𐕎𐕄𐔴 𐔵𐕒𐕡 𐕢𐕒𐕡𐔾𐔰𐔺𐔲𐔰𐕎𐔰𐕆𐔰𐔴𐔿𐔴𐔵𐕒𐕡 – haṭenḳe zu pulayganahaen’ezu (Yəhya 5:31)
haṭenḳe (əgər) + zu (mən) + pulaygan (şahid) + ah (olmaq) + a (indiki zaman) + en’e (şərt şəkli) + zu (şəxs şəkilçisi) = Əgər mən şahid olsam…
𐕎𐕒𐕡𐔸𐔰𐔰𐔵𐕛𐔽𐔰 𐔸𐔴 𐔳𐔴𐕇 𐔱𐔴𐔵𐔼 𐕆𐔰𐕜𐔴𐕎𐕄𐔴 𐔵𐔰𐕇 𐔰𐔰𐔴𐔿𐔴𐕛𐔽𐔰 𐔴𐕓͞𐕎 𐔳𐔴𐕇 𐔱𐔴𐔵𐔼𐔰𐔾 𐔰𐔰𐔴𐔿𐔴𐕛𐔽𐔰𐕆𐔶 – nutaazvˁa te dex̣ bezi haṭenḳe zax̣ aaen’evˁa eṭ’͞n dex̣ bezial aaen’evˁahē (Yəhya 8:19)
nut (inkar şəkilçisi) + aa (bilmək) + z (mən) + vˁa (siz; I dativ) + te (inkar) + dex̣ (ata; III dativ) + bezi (mənim) + haṭenḳe (əgər) + zax̣ (mən, III dativ) + aa (bilmək) + en’e (şərt) + vˁa (siz; I dativ) + eṭ’͞n (buna görə də) + dex̣ (ata; III dativ) + bezi (mənim) + al (fokus) + aa (bilmək) + en’e (şərt) + vˁa (siz; I dativ) + hē (ihesunun keçmiş forması) = Siz nə məni(m kimliyimi), nə də atamı bilmirsiniz; atamı bilərsiniz, əgər məni(m kimliyimi) bilsəniz.

4. Əmr şəkli məsdər kökündən saitin -a- səsinə dəyişməsi ilə əmələ gəlir. Buna görə də isimlərin əmr halında olan və indiki zaman halındakı formaları eyni olur. Buna görə də bir çox standart fellərdə əmr kökünü indiki zaman kökündən ayırmaq çətindir. Amma -a saiti hələ əmr şəklkinin indiki zaman halındakı forması ilə eyni olmağı demək deyil. Məsələn, yuxarıda çox rastlaşdığımız “ihesun” feli indiki zamanda “aha”dırsa, əmr şəklində “iha” formasına düşür. Eləcə də “biyesun” əgər indiki zamanda “ba(a)” formasındadırsa, əmr halında “biya” formasına düşür. Əmr şəkli üçün nümunələr:
𐕃𐕒𐕡𐕌𐕒𐕡𐕇 𐔱𐔼𐕍𐔰 𐕊𐔴𐔱𐕈𐕆𐔰𐕎𐕒𐕡𐕎 𐕒𐕒𐕡𐕇͞𐕠 – ʒ́umux̣ biq̇a č̣ebåhanun oux̣͞c – Ağzını yum və ondan çıx! (Luka 4:35)
ʒ́u (ağız) + mux̣ (cəm şəkilçisi) + biq̇ (ələ keçirmək) + a (əmr şəkli) + č̣e (kənar; zərflik) + båh (getmək) + a (əmr şəkli) + nun (ikinci şəxsin təki) + o (üçüncü şəxsin təki) + ux̣͞c (ondan; əslində ux̣oc – II ablativ) = “Özünü ələ al və ondan kənarlaş!”
𐕆𐕞𐕡𐕄𐔴𐔾𐔱𐔰 𐔼𐕐𐔴𐔱𐕒𐕡𐕙𐕒 𐔴 𐔱𐕒𐕙𐔵𐕒𐕡𐕎 𐔱𐔴𐕐𐔼 – hüwḳelba išeburo e borzun beši – Qardaşlar, xatırlayın, bizim işimiz… (1 Salonikililərə 2:9)
hüwḳ (ürək) + el (I superessiv) + b (etmək) + a (əmr şəkli) + išebur (qardaşlar) + o (vokativ; xitab) + e (artikl) + borzun (iş) + beši (bizim) = Qardaşlar, işimizi ürəyinizdə saxlayın.

5. Bunlardan əlavə Alban dilində “prohibitiv” adlanan amma Azərbaycan dilində əmr şəklinin içində keçən bir quruluş da var. Bu şəkil ma- önşəkilçisi ilə yaradılır. Prohibitivlər iki qrupa ayrılır: güclü və zəif. Güclü prohibitivlər əmr şəklindən düzəlir: 𐔱𐔼𐔺𐔰𐕎𐕒𐕡𐕎 (biyanun!) ‘et!’ -> 𐕌𐔰𐔱𐔼𐔺𐔰𐕎𐕒𐕡𐕎 (mabiyanun!) ‘etmə!’ (-nun şəxs şəkilçisidir)
Başqa nümunələr: 𐕌𐔰𐔼𐕆𐔰𐕎𐔰𐕎𐔾𐔰𐕌𐔴𐕎 (maihananlamen!) ‘bənzəmə!’, 𐕌𐔰𐕒𐕡𐕗𐔰𐕎𐔰𐕎 (mauṗanan!) ‘öldürmə!’, 𐕌𐔰𐔼𐕣𐔼𐔺𐔰𐔼𐕆𐔰𐕎𐔰𐕎 (maikiyaihanan!) ‘müdrik olma!’, 𐕌𐔰𐕠𐔰𐕌𐕢𐔰𐕎𐕒𐕡𐕎 (macampanun!) ‘yazma!’

Zəif prohibitivlər felin əmr şəklindən çox arzu şəkli ilə səsləşir. Burada ma- önşəkilçisi adətən -q̇a- şəkilçisi ilə izlənilir: 𐔱𐔼𐔺𐔰𐔺𐕍𐔰𐕎𐕒𐕡𐕎 (biyayq̇anun!) ‘et!’ -> 𐕌𐔰𐕍𐔰𐕎𐕒𐕡𐕎𐔱𐔼𐔺𐔰𐔺 (maq̇anubiyay!) ‘etmə!’
Başqa nümunələr: 𐕌𐔰𐕍𐔰𐕎𐔰𐕛𐔰𐕗𐕒𐕡𐕙𐔼  (maq̇anavaṗuri) ‘ölməyəcək’, 𐕌𐔰𐕍𐔰𐕎𐕒𐕒𐕡𐔰𐕄𐔶 (maq̇anouaḳē) ‘görməyəcək’

6. Felin vacib şəkli 𐔱𐔴𐕘𐔰 (beġa) ‘-malı/-məli’ hissəciyindən istifadə etməklə yaranır. Məcbur edilən şəxs dativ şəkilçilərdən biri ilə işarələnir. Nümunələr:
𐔱𐔴𐕘𐔰 𐕒 𐕒𐕡𐕚𐔱𐕒𐕚 𐔱𐕒𐕡𐕍𐔰𐕎𐔰𐔱𐔼𐔺𐔴𐕚𐔰 𐔼𐕖𐔰𐔺 𐕖𐔼𐔱𐕒𐕡𐕇 – beġa o usbos buq̇anabiyesa ičay čibux̣ – Ərlər arvadlarını sevməlidir. (Efeslilərə 5:28)
beġa (-malı/məli) + o (artikl) + us (kişi) + b (çoxluq şəkilçisi) + os (II dativ şəkilçi) + buq̇ana (sevilən) + biye (etmək) + sa (məsdər) + ičay (özlərinin; reflektiv iče əvəzliyinin yiyəlik halı) + čib (arvad; qadın həyat yoldaşı) + ux̣ (cəm halı)

7. Bacarıq konnotasiyası alban dilində önəmli yerlərdən birini tutur. ibo hissəciyi ilə bildirilən bu məna Azərbaycan dilinə “edə bilmək” və ya “bacarmaq” kimi tərcümə edilir. İngilis dilində “can” sözünə uyğun gəlir. Məsələn bu cümləyə diqqət yetirək:
𐕄𐔼𐔱𐕒𐕄𐔰𐕒𐔴𐕎 𐔽𐔰𐔽𐔴𐕚𐕒𐕡𐕎𐔰𐕀𐕈𐔰𐔰𐔾 𐕆𐔴𐔹𐔼𐕆𐔴𐕚𐔰 – ḳiboḳaoen ˁaˁesunaxåaal heć̣ihesa – O həm də sınaqlarla üzləşənlərə kömək edə bilər. Bu cümlədə “iboaoen” hissəciyi ibo (edə bilər) + a (ḳesun; yüngül fel) + o (üçüncü şəxsin təki) + en (erqativ) parçacıqlarına bölünür və “O … edə bilər” mənasını verir.

Bacarıqın əksi də, yəni bacarmama konnotasiyası da mövcuddur. “niḳboḳa” ifadəsi ilə yaradılan bu məna “nu-ḳibo-ḳa” ifadəsinin qısaldılmış variantıdır. Bu da ingiliscədəki “can’t” ilə bir tutula bilər:
𐕎𐔼𐕄𐔱𐕒𐕄𐔰 𐕣𐔰𐔾𐔰𐕣 𐔱𐔰𐕖𐕀𐔴𐕚𐔰 𐔱𐕒𐕡𐔰𐔾 𐕆𐔰𐔾𐔰 𐔱𐕒𐕡𐕙𐔰𐕆͞𐕄𐔴 – niḳboḳa kalak bačxesa bual hala burah͞ḳe – Dağda dayanan şəhər gizlənə bilməz (Matta 5:14)

Klitiklər

Yuxarıda şəxs şəkilçilərindən danışmışdıq. Üçüncü şəxs şəkilçiləri bəzən şəxs əvəzlikləri əlavə edilərək daha da gücləndirilə bilər. Məsələn, aşağıdakı cədvələ baxaq:

 

Şəxs şəkilçisi

Əvəzlik

Nəticə

 
Tək absolutiv
Tək erqativ
-n(e)
-n(e)
-va
-oen
-nava
-noen
 
Cəm absolutiv
Cəm erqativ

-n(e)
-n(e)

-å͞r
-å͞n

-nå͞r
-nå͞n

 

Bu əvəzliklər şəxs şəkilçiləri ilə birləşərək – yəni klitikləşərək – verilmək istənilən mənanı daha da dəqiqləşdirmək məqsədi güdürlər.

Zamanlar

Albanca

Trankripsiya

Tərcüməsi

Vasitəsiz nitq

İndiki zaman

Klitiksiz

𐔼𐕐𐕒𐕡 𐔼𐕘𐔰

išu iġa

Kişi gedir

Klitikli

𐔼𐕐𐕒𐕡 𐔼𐕘𐔰𐕛𐔰

išu iġava

O kişi gedir.

Keçmiş zaman

Klitiksiz

𐔼𐕐𐕒𐕡 𐔰𐕠𐔴𐔺𐕎𐔴

išu aceyne 

Kişi getdi.

Klitikli

𐔼𐕐𐕒𐕡 𐔰𐕠𐔴𐔺𐕎𐔰𐕛𐔰 

išu aceynava 

O kişi getdi.

Vasitəli nitq

İndiki zaman

Klitiksiz

𐔼𐕐𐔴 𐕁𐔼𐕢 𐕆𐔴𐕍𐔰 

iše d’ip heq̇a

Kişi kitabı götürür.

Klitikli

𐔼𐕐𐔴 𐕁𐔼𐕢 𐕆𐔴𐕍𐕒𐔴𐕎 

iše d’ip heq̇aoen

O kişi kitabı götürür.

Keçmiş zaman

Klitiksiz

𐔼𐕐𐔴 𐕁𐔼𐕢 𐕆𐔴𐕍𐔰𐔺𐕎𐔴

iše d’ip heq̇ayne

Kişi kitabı götürdü.

Klitikli

𐔼𐕐𐔴 𐕁𐔼𐕢 𐕆𐔴𐕍𐔰𐔺𐕎𐕒𐔴𐕎

iše d’ip heq̇aynoen

O kişi kitabı götürdü.

 

İnkar

Alban dili inkarı yaradan dörd elementə malikdir: te-, nu-, nut-/-nut və ma- şəkilçiləri. Sonuncu, yuxarıdan da gördüyümüz kimi, ancaq prohibitivlərdə istifadə edilir. te- elementi proto-ləzgi kökündən gəlir və Qafqaz dilləri qrupunun digər dillərində də rast gəlinir. nu- şəkilçisinin dilə alınma olduğu düşünülür. -nut- şəkilçisi isə te və nut şəkilçilərinin birləşməsindən əmələ gəlib. İstifadə keyslərinə baxaq:

𐔸𐔴 𐔼͞𐔶𐔾𐔰𐕀𐔰𐔾 𐕆𐕒𐕡𐕜𐕒𐕡𐕎 𐕆𐕈𐔺𐔰𐕇𐕒𐕡𐕎𐕒𐕡𐕎 𐔱𐔰𐕇𐔶𐔵𐔰 – te I͞ēlaxal huṭun håyax̣unun bax̣ēza – Heç İsraildə belə iman tapmadım. (Luka 7:9) – bu cümlədə “te” inkar şəkilçisi olub, “heç” mənasını əlavə edir.

“Te” hə-yox tipli suallara mənfi cavab vermək üçün də istifadə edilə bilər. Və ya zərflərə qoşulub inkar mənası əlavə edə bilər. Məsələn, hamočḳe (nə vaxt) > tehamočḳe (heç vaxt). O, həmçinin bir şeyin olmadığı iddia edəndə də istifadə edilir. Məsələn: Tene harzesun (Diriliş yoxdur). Bundan əlavə, te şəkilçisi fellərə ancaq keçmiş zamanda olanda qoşulur.

Nu şəkilçisi isə cümlənin bir neçə üzvünə və nitq hissəsinə qoşula bilirlər. Nu tez-tez özündən sonrakı saitlərə amalqamasiya da ola bilir və na, ni və hətta n-ya da kiçilə bilir. Məsələn:
naava (bilmirsən): n (inkar) + aa (bilmək) + va (ikinci şəxs klitik)
nubesazu (axtarmıram): nu (inkar) + besa (axtarmaq) + zu (birinci şəxs şəkilçisi)

Nut şəkilçisi adətən cümlənin tabeli hissələrinə bağlanır. O, fel zəncirində adətən birinci yeri tutur və anae- -ane- kimi bağlayıcılar ondan sonra gəlir. Məsələn: nutanaḳezu (çünki mən deyiləm…) və ya nutanḳenan (çünki siz deyilsiniz…)

Lakin bu şəkilçi həm də müstəqil sözlərə qoşula bilir. Məsələn: nutbax̣ē (yeməksiz), nuten’e (istisna olmaqla; hərfi: əgər deyilsə) və s.

Məchul növ

Bu növ fellərdə görən gizli qalır. Lakin alban dilində “məchul növ”ün tam mövcud olduğunu demək olmazdı. Buna bənzər proseslər əsasən törəmə xarakter daşıyır, xüsusi yüngül fellərin istifadəsini nəzərdə tutur. Bu yüngül fellərə artıq yaxın dostumuz olan “ihesun” felini nümunə göstərmək olar:

aḳa-ihesun ‘görünmək’, aḳuḳ-ihesun ‘aşkarlanmaq’, axay-ihesun ‘açılmaq’, amec̣-ihesun ‘heyrətlənmək’, aq̇aṭ’i-ihesun ‘çılpaqlaşmaq’, araḳaˤ-ihesun ‘iştirak etmək, paylaşmaq’, asam-ihesun ‘sakitləşmək’, ba-ihesun ‘qaralmaq’, bai-(i)h/yesun ‘doymaq’, bal’-ihesun ‘xəstələnmək’, bån’i-ihesun ‘güclənmək, böyüdülmək, böyümək’, båx̣n’i-ihesun ‘layiq olmaq’, buq̇ana-ihesun ‘sevilmək’, za(h)un-ihesun ‘öyrənmək, öyrədilmək’, ć̣o-ihesun ‘səbirli olmaq, dözmək’, lamen-ihesun ‘eyniləşmək’, xaš-ihesun ‘aydınlanmaq’ və s.

Biyesun (etmək) və pesun (demək) kimi yüngül fellər də bu növdə olan sözləri yarada bilir. xaš-biyesun ‘aydınlatmaq’, čibux-biyesun ‘evlənmək’ (hərfi: arvad-etmək), aš-biyesun ‘işləmək’ kimi nümunələr göstərmək olar.

Cavid Ağa

Müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.

Cavab yaz